"Nar"da təyinat olub
Azərbaycanın telekommunikasiya şirkəti "Azerfon" MMC-nin (Nar) departamentinə direktor təyin edilib.
Banker.az xəbər verir ki, Hökumə Kərimova İctimaiyyətlə Əlaqələr və Korporativ Ünsiyyət departamentinin direktoru təyin edilib.
Hökumə Kərimova bundan öncə Xarici İşlər Nazirliyi, İsrailin Bakıdakı səfirliyi, YARAT və ADA Universitetində çalışıb, qeyd edilən təşkilatlarda iş təcrübəsinə malikdir.
"Ümid edirəm ki, şirkətin uğurla davam edən kommunikasiya strategiyasına öz töhfələrimi verəcəyəm. Bu yeni mərhələdə bilik və təcrübəmə arxalanaraq istedadlı komandamız və dəyərli tərəfdaşlarımızla əməkdaşlığı səbirsizliklə gözləyirəm", – deyə H.Kərimova bildirib.
H.Kərimova 2005-2009-cu illərdə Xəzər Universitetində beynəlxalq münasibətlər üzrə bakalavr dərəcəsi, ADA Universitetində MBA (Biznesin idarə edilməsi) üzrə magistr dərəcəsinə sahib olub.
Xatırladaq ki, "Nar" hal-hazırda 2.2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. "Nar" son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə yüksək nəticə göstərən mobil operatordur.

"Bitcoin" yenidən 81 min dolları ötüb - SON QİYMƏT
ING AMB-nin uçot dərəcəsinin 6,5% səviyyəsində saxlanılacağını gözləyir
AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
"iPhone 15" modelinin üstünlükləri
Dünyanın ən bahalı restoranları
İnvestisiyanın necə cəlb etmək olar?
SMM nə deməkdir?