Naxçıvan Baş Gömrük İdarəsinin müvəqqəti rəisi başlıca məqsədləri açıqlayıb

Naxçıvan Baş Gömrük İdarəsinin müvəqqəti rəisi başlıca məqsədləri açıqlayıbDekabrın 5-də Naxçıvan Baş Gömrük İdarəsində xarici ticarət iştirakçıları ilə görüş keçirilib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Bəhruz Quliyev bildirib ki, görüşdə məqsəd gömrük işinin daha şəffaf və səmərəli şəkildə təşkili, malların və nəqliyyat vasitələrinin təyinat nöqtəsinə asan və sürətli şəkildə çatdırılması və gömrük rəsmiləşdirilməsi ilə bağlı həyata keçirilən islahatlar, yeniliklər barədə biznes subyektlərini məlumatlandırmaqdır.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
DGK sədrinin müavini gömrük orqanları tərəfindən son zamanlar idxal-ixrac əməliyyatlarının sürətli və maneəsiz şəkildə həyata keçirilməsi, şəffaflığın təmin olunması, daha əlverişli biznes mühitinin yaradılması üçün görülən işlər barədə danışıb.
Bəhruz Quliyev vurğulayıb ki, gömrük sistemində islahatlar bir neçə istiqamətdə aparılır, həm struktur, həm də biznes prosesində mühüm dəyişikliklər gerçəkləşir. Beynəlxalq təcrübə nəzərə alınmaqla, ticarətin asanlaşdırılması və informasiya texnologiyalarının tətbiqi istiqamətində yeniliklər həyata keçirilir, sahibkarlar və gömrük əməkdaşları arasında münasibətlər təkmilləşdirilir, nəzarət sistemi gücləndirilir. Qeyd edilib ki, sahibkarlarla yanaşı, gömrük əməkdaşları da öz fəaliyyətlərini qlobal çağırışlara uyğunlaşdırmalı, gömrük sistemində nəzarətlə yanaşı, xidmət mədəniyyəti də formalaşdırılmalı və biznesin inkişafına bu yöndə dəstək verilməlidir.
Diqqətə çatdırılıb ki, bu gün görülən mühüm işlərdən əhəmiyyətlisi gömrük orqanlarının fəaliyyətinin digər aidiyyəti dövlət strukturları ilə sinxronlaşdırılmasıdır. Bu istiqamətdə görüləcək işlər gömrük hüqupozmalarına qarşı mübarizənin effektivliyini artıracaq, digər ölkələrin gömrük orqanları ilə mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsinin təşkili gömrük vergi və rüsumlarından yayınmalara yönələn cəhdlərin qarşısını alacaq.
Naxçıvan Baş Gömrük İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Vüqar Əliyev gömrük işinin təkmilləşdirilməsi barədə sahibkarları məlumatlandıraraq bildirib ki, başlıca məqsəd idxal-ixrac əməliyyatlarının asanlaşdırılması və sürətləndirilməsi, gömrük əməliyyatlarının şəffaf şəkildə həyata keçirilməsinin təmin olunması, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasıdır.
Diskussiya şəraitində keçən görüşün sonunda sahibkarları maraqlandıran məsələlərə aydınlıq gətirilib, onların sualları ətraflı cavablandırılıb, bir çox məsələlər yerindəcə həll olunub, verilən təkliflər dəyərləndirilib.
Naxçıvan Baş Gömrük İdarəsinin müvəqqəti rəisi başlıca məqsədləri açıqlayıb/ marja.az

Maliyyə     Tarix: 07 dekabr 2022

Oxşar xəbərlər

Xarici ticarətdə 11 milyard manatdan çox müsbət saldo yaranıb

Dövlət Statistika Komitəsi "Xarici ticarət əlaqələri haqqında" başlığı ilə məlumatlar açıqlayıb. Qeyd edilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanı

Dövlət büdcəsinin gəlirləri azalıb

2026-cı ilin yanvar-may aylarında dövlət büdcəsinin gəlirləri 16 milyard 365,7 milyon manat olub. M. xəbər verir ki, Dövlət Statistika Komitəsinin dərc etdiyi 2026-cı ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial inkişafını

Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 1 milyard 130 milyon 813,6 min dollar dəyərində yeyinti məhsulları idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 1 milyard 64 milyon 125,9 min dollar idi. Yeyinti məhsullar

Alıcılara 8 ayda 169 milyon manatdan çox ƏDV qaytarılıb

2026-cı ilin yanvar – avqust ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü

Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 13–19 iyul 2026-cı il tarixlərində qlobal maliyyə bazarlarında əsa

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq

Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicis

Azərbaycaan xarici vətəndaşlara 5 milyon 248 min manat "Tax free" qaytarıb

2026-cı ilin yanvar – iyul ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

1 tonu üçün 150 manat gömrük yığımı alınacaq

Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli "Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Qərar


iqtisadi xeberler leobank kart dollar kursu iqtisadiyyat xeberleri biznes krediti