Naxçıvanda daşınmaz dövlət əmlakının icarəsindən dövlət büdcəsinə daxilolmalar 12 dəfəyədək artıb
2025-ci ilin I rübü ərzində daşınmaz dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 149,7 min manat məbləğində vəsaitin ödənilməsi təmin olunub. 2024-cü ilin eyni dövrü ilə müqayisədə 11,7 dəfə artım qeydə alınıb.
Bu barədə Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov deyib.
Nazir müavini bildirib ki, 2025-ci ilin I rübü ərzində daşınmaz dövlət əmlakının icarəyə verilməsi ilə bağlı 84 yeni müqavilə bağlanıb, 62 icarə müqaviləsinin müddəti uzadılıb. Ötən ilin eyni dövrü ilə müqayisədə yeni icarə müqavilələrinin sayı 2,1 dəfə, müddəti uzadılmış müqavilələrin sayı 1,9 dəfə çox olub.
2025-ci ilin I rübü ərzində Naxçıvanda 2219 daşınmaz əmlak üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qeydiyyata alınmış əmlakların sayında 8,1% artım müşahidə olunub. / marja.az
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
() İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 13–19 iyul 2026-cı il tarixlərində qlobal maliyyə bazarlarında əsa
Sünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 9–13 noyabr həftəsində beynəlxalq maliyyə bazarlarının istiqamətinə ABŞ-ı
Azərbaycan biznesi Afrikaya gedir – Qeydiyyat başladı
() Africa–Azerbaijan Cooperation (AFAZ) 21–23 oktyabr 2026-cı il tarixlərində Keniyanın Nayrobi şəhərində keçiriləcək BIG 5 Construct Kenya 2026 beynəlxalq tikinti və inşaat sərgisində Azərbaycan Pavilyonunun təşkilini həyat
Azərbaycan iqtisadiyyatı 21 ildə 3,8 dəfə böyüyüb
Azərbaycanın ümumi daxili məhsulu 2003–2024-cü illər ərzində real ifadədə 3,8 dəfə artıb. xəbər verir ki, göstəricilər "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illə