Naxçıvanda "kölgə iqtisadiyyatı"nın miqyası azaldılıb

Naxçıvanda 17 iyul 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov İqtisadiyyat Nazirliyinin 2024-cü ilin 6 ayında fəaliyyətinin nəticələri barədə hesabatı təqdim etmişdir.
Naxçıvanda "kölgə iqtisadiyyatı"nın miqyası azaldılıb
Abbas İsmayılov bildirib ki, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən kameral yoxlamaların keyfiyyəti əhəmiyyətli dərəcədə artmışdır. Belə ki, 2024-cü ilin 6 ayında kameral hesablama aparılmış vergi ödəyicilərinin sayı 1024 olub ki, bu da əvvəlki illə müqayisədə 3,4 dəfə çoxdur. Cari ilin eyni dövrü ilə müqayisədə hesablanmış kameral məbləği  3 milyon 621 min manat olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 2,1 dəfə çoxdur.
Naxçıvanda yumşaq keçid tətbiq edilmişdir
2022-ci illə müqayisədə 2023-cü ildə səyyar vergi yoxlamalarının sayı 9 dəfəyədək, operativ vergi nəzarəti tədbirlərinin sayı isə 4 dəfədən çox azaldılıb.
2024-cü ilin aprel-iyun ayları ərzində keçirilmiş nəzarət tədbirlərinin sayı aktiv vergi ödəyicilərinin cəmi 0,8 faizini təşkil edib.
"Dövlət Proqramı"nın bu bəndi vaxtından əvvəl tam icra edilib
"Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı"na uyğun olaraq sahibkarlıq subyektləri tərəfindən vergi sahəsində könüllü əməletmə səviyyəsinin artırılması məqsədi ilə Naxçıvan, Şərur, Ordubad və Babək şəhərlərində vergi ödəyicilərinə xidmət mərkəzlərinin yaradılması nəzərdə tutulmuşdur. Dövlət proqramının bu bəndinin icarsına uyğun olaraq Naxçıvan, Şərur və Ordubad şəhərlərində vergi ödəyicilərinə xidmət mərkəzləri istifadəyə verilmişdir. Babək şəhərində qurulan xidmət mərkəzi isə istismara tam hazırdır.
Sahibkarlıq subyektləri tərəfindən vergi sahəsində könüllü əməletmə səviyyəsi 2023-cü ildə 95 faiz təşkil etmiş, 2024-cü ilin 1-ci rübündə isə 99 faizə qədər artmışdır. Mərkəzlərdə göstərilən xidmətlərdən məmnunluq səviyyəsi isə 98,4 faiz təşkil edib. Bununla da dövlət proqramının bu bəndi vaxtından əvvəl tam icra edilib.
Naxçıvanda özəl sektorda əmək müqavilələrinin sayı  3,8  dəfə artıb
Muxtar respublikada "Əmək münasibələrinin şəffaflaşdırılması sahəsində vergi nəzarətinin gücləndirilməsi barədə Konsepsiya"nın icrası nəticəsində 1 iyul 2024-cü il tarixə qeyri-dövlət sektorunda aktiv əmək müqavilələrinin sayı 1 yanvar 2023-cü illə müqayisədə 3,8 dəfə və ya 8.647 vahid artaraq 11.706 təşkil edib. İlin əvvəli ilə müqayisədə həmin göstərici 1,8 dəfə və ya 5320 vahid artıb.
Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 48,3 faiz artıb
Naxçıvan Muxtar Respublikasında 1 iyul 2024-cü il tarixinə aktiv vergi ödəyicilərinin sayı 1 yanvar 2023-cü illə  müqayisədə 48,3 faiz artaraq 18.841, ƏDV ödəyicilərinin sayı isə 66,2 faiz artaraq 630 təşkil edib.
1 iyul 2024-cü il tarixinə qeydiyyatda olan obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə 1 yanvar 2023-cü illə müqayisədə 29,9 faiz artaraq 6538-ə çatıb.
Naxçıvanda məcburi dövlət sosial sığorta üzrə daxilolmalar artıb
2024-cü ilin 6 ayında qeyri-dövlət sektorunda məcburi dövlət sosial sığorta daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 2.3 milyon manat və ya  23,4 faiz artıb.
2022-ci illə müqayisədə 2023-cü ildə qeyri-dövlət sektorunda məcburi dövlət sosial sığorta daxilolmaları 5,2 milyon manat və ya  31,1 faiz artıb.
Naxçıvanda qeyri-dövlət sektorunda əmək haqqları ağardılır
Naxçıvan Muxtar Respublikasında 2024-cü ilin 1-ci rübündə qeyri-dövlət sektorunda fəaliyyət göstərən vergi ödəyicilərində əməkhaqqı fondu 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,9 milyon manat və ya 11 faiz artıb. 2022-ci illə müqayisədə 2023-cü ildə isə əməkhaqqı fondu 22,6 milyon manat və ya 41 faiz artıq olmuşdur.
Naxçıvanda vergi daxilolmaları üzrə proqnozda ciddi artım olub
Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti üzrə 2024-cü il üçün müəyyən olunmuş proqnoz 2023-cü illə müqayisədə 17,1 milyon manat və ya 11,6 faiz çoxdur. 2022-ci illə müqayisədə isə 2024-cü ilin proqnozu 51,2 milyon manat və ya  45,3 faiz çoxdur.
Naxçıvanda vergi daxilolmaları 27,9 faiz artıb
2024-cü ilin yanvar - iyun aylarında Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 97,2 milyon manat vergi daxil olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 27,9 faiz və ya 21,2 milyon manat çoxdur.
Cari ilin 6 ayında Naxçıvanda vergi daxilolmaları üzrə proqnoz 118,5 faiz icra edilib.
Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 19,7 faiz artıb
2024-cü ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 milyon manat və ya 6,3 faiz artıb. İşsizlikdən sığorta haqları üzrə daxilolmalar isə ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 faiz artaraq 2,1 milyon manata yaxın olub.
Həmin dövrdə icbari tibbi sığorta haqları üzrə daxilolmalar 2023-cü ilin eyni dövrünə nisbətən 19,7 faiz artıb və 13,5 milyon manat təşkil edib. / marja.az

Maliyyə     Tarix: 17 iyul 2024

Oxşar xəbərlər

1 tonu üçün 150 manat gömrük yığımı alınacaq

Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli "Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Qərar

Dövlət büdcəsinin gəlirləri azalıb

2026-cı ilin yanvar-may aylarında dövlət büdcəsinin gəlirləri 16 milyard 365,7 milyon manat olub. M. xəbər verir ki, Dövlət Statistika Komitəsinin dərc etdiyi 2026-cı ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial inkişafını

Dövlət Vergi Xidməti süni intellektə keçir, məktubları artıq süni intellekt emal edir

Dövlət Vergi Xidməti (DVX) süni intellekt və məlumat analitikası texnologiyalarının tətbiqini genişləndirir. Hazırda qurumda sənəd dövriyyəsi, proqram təminatının test edilməsi, ƏDV geri al sisteminin emalı və digər istiqamətlərd

Azərbaycana məhsul ixrac edən 110 istehsalçıya idxal qadağası tətbiq olunub

2019–2025-ci illərdə Azərbaycana idxal edilən qida və kənd təsərrüfatı məhsulları üzrə aparılan nəzarət zamanı minlərlə uyğunsuzluq aşkarlanıb. Dövlət Proqramına əsasən, 1791 halda bitkiçilik məhsullarında, 290 halda is

Azərbaycanın qeyri-neft ixracı 8 ayda 2,8 milyard dolları keçib – 17,6% ARTIM

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı ilin sentyabr sayına dair ilkin göstəriciləri təqdim edib. İcmala əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanı

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd

Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd

Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 1 milyard 130 milyon 813,6 min dollar dəyərində yeyinti məhsulları idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 1 milyard 64 milyon 125,9 min dollar idi. Yeyinti məhsullar


iqtisadi xeberler valyuta mezennesi 1000 manatla biznes bitcoin qiymeti dollarin kursu bu gun