Naxçıvanda sahibkarlarla görüş keçirilib - Güzəşt paketləri mexanizmləri barədə məlumat verilib

Naxçıvanda sahibkarlarla görüş keçirilib - Güzəşt paketləri mexanizmləri barədə məlumat verilibDekabrın 11-də Naxçıvanda Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilovun iştirakı ilə muxtar respublikada fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib.
Hökumət Naxçıvanı "TaxFree" zonaya çevirir – BÜTÜN VERGİLƏR LƏĞV EDİLDİ
FED.az xəbər verir ki, əvvəlcə muxtar respublikada sahibkarlığın inkişafı məqsədilə həyata keçirilən tədbirlərlə bağlı təqdimat olub. Təqdimatda dövlət dəstəyi və güzəşt paketləri mexanizmləri barədə məlumat verilib.
Görüşdə çıxış edən Naxçıvanda Azərbaycan  Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov bildirib ki, dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı ilə Naxçıvanda dayanıqlı iqtisadi inkişafın təmin edilməsində mühüm layihələrin icrasına başlanılır. 2026-cı ildən etibarən 10 il müddətində Naxçıvanda fəaliyyət göstərən sahibkarlar üçün yeni vergi, gömrük və sosial güzəştlər tətbiq olunacaq. Bu imtiyazlar muxtar respublikada sahibkarlar üçün əlavə üstünlüklər yaradacaq, yeni iş yerlərinin yaradılmasına, istehsal və ixrac imkanlarının genişlənməsinə mühüm töhfə verəcək.
2025-ci ilin 11 aylıq makroiqtisadi göstəricilərini təhlil edən səlahiyyətli nümayəndə diqqətə çatdırıb ki, ÜDM istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz artıb. Qeyd olunan dövrdə istehsal olunan sənaye məhsulunun həcmi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 14,1 faizdən çox olub.
Ceyhun Cəlilov Zəngəzur dəhlizinin artıq reallığa çevrildiyini, dəmiryolu infrastrukturunun qurulmağa başlanıldığını vurğulayaraq bildirib ki, bu da turizmin və digər sahələrin canlanmasına şərait yaradacaq, nəticədə iş adamları investisiya qoyuluşu üçün yeni imkanlar əldə edəcəklər.
Səlahiyyətli nümayəndə muxtar respublikada dövlət proqramlarının və digər layihələrin icrası çərçivəsində görülən işlərdən danışıb.
Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti, Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyası İdarə Heyətinin sədri Vüqar Abbasov çıxış edərək sahibkarlıq sahəsində mövcud problemlər, qarşıda duran vəzifələr və gözlənilən nəticələrdən danışıb.
Görüşdə sahibkarların təklifləri dinlənilib, problemlərin həlli istiqamətində görüləcək işlər müzakirə edilib.

Biznes     Tarix: 12 dekabr 2025

Oxşar xəbərlər

Pampers 23 milyard dollar qazanıb

ABŞ-ın istehlak malları istehsalçısı "Procter & Gamble" (P&G) şirkətinin 2027-ci maliyyə ilinin birinci rübündə satışları illik müqayisədə 4% artaraq 23,3 milyard dollara çatıb. Şirkətin maliyyə nəticələr

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Azərbaycanda yerli və xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı rüsumsuz aparılacaq. xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik layihəsində əks olunub. İndiyədək, anca

Avropa şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş sayır

Avropa İttifaqı (Aİ) şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş qiymətləndirir. xəbər verir ki, bunu Bakıda keçirilən Aİ-Azərbaycan Biznes Forumunun 2024–2026-cı illər üzrə qrup rəhbəri Aytən Axundov

Azərbaycanda 116 milyonluq şirkətdən – SƏRMAYƏ GÖTÜRÜLÜR

"Mars Overseas Baku LTD" MMC (VÖEN: 99006521) nizamnamə kapitalını azaldır. Böyük Britaniya şirkəti Azərbaycan bazarını – TƏRK EDİR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, nizamnamə kapitalı 116 milyo

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub

"Azərsun Holdinq"in tərkibində fəaliyyət göstərən "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2026-c

ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR

Bu gün Bakı Türk Şəhidliyində Türkiyə Respublikasının Cümhuriyyət Bayramının 103-cü ildönümü münasibətilə anım və çələngqoyma mərasimi keçirilib.  biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, mərasimdə Türkiyə Respublikasını

Azərbaycanda sahibkar 13 milyonlu şirkətini – 280 MİLYONLUQ ŞİRKƏTİNƏ BİRLƏŞDİRDİ

"Beverage Services" MMC (VÖEN: 1306760391) fəaliyyətinə xitam verilərək "Milla Dairy" MMC-yə (VÖEN: 1300995031) qoşulub. BƏƏ şirkəti Azərbaycan bazarından – GEDİR. biznes və maliyyə xəbərləri portalı xəbə

Emin Ağalarov Bakıda ilk kazinonun açılacağı tarixi açıqladı

"Bakıda ilk "Royale Casino" 2027-ci ilin mayında açılacaq". Bakıdakı kazinoya bəzi şəxslər buraxılmayacaq - EMİN AĞALAROV AÇIQLADI. xəbər verir ki, bu barədə "Sea Breeze" layihəsinin sahibi v

Vüqar Bayramov: "İqtisadiyyat azsaylı böyük bizneslər üzərində qurulmamalıdır"

Azərbaycan iqtisadiyyatı azsaylı böyük bizneslər üzərində qurulmamalıdır. Kiçik sahibkarlara 5 illik vergi güzəşti 10 min vergi ödəyicisini əhatə edəcək. xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin İqtisad


iqtisadi xeberler valyuta xeberleri en son xeberler valyuta kurslari pul qazanmaq