Nazir: "Bu il Azərbaycanın 24 mlrd. kubmetrdən çox qaz ixrac edəcəyi gözlənilir"
Bu il Azərbaycanın 24 milyard kubmetrdən çox qaz ixrac edəcəyi gözlənilir ki, bunun da təxminən yarısı Avropaya tədarük ediləcək.
Bunu 28-ci Bakı Enerji Forumu zamanı Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycan qazı 6 ölkəyə nəql olunur.
Nazir qeyd edib ki, Cənub Qaz Dəhlizinin genişləndirilməsi və "Həmrəylik halqası" layihəsinin işə düşməsi ilə Azərbaycan qazı ilə təmin olunan ölkələrin sayı 10-dan çox ola bilər.
"Biz layihələri təkcə kommersiya baxımından deyil, həm də strateji baxımdan planlaşdırırıq. Xəzər dənizinin bütün növ enerji ehtiyatlarının mənimsənilməsi və dünya bazarlarına çıxarılması həmişə paralel və ardıcıl şəkildə aparılıb və aparılmalıdır", – nazir qeyd edib.
O əlavə edib ki, hazırda Azərbaycan əlavə qaz həcmləri üçün bir neçə mənbə üzərində işləyir.
"Əsas mənbə zəngin qaz ehtiyatlarımızdır. Bizim çıxarıla bilən qaz ehtiyatlarımız 933 milyard kubmetr, sübut edilmiş ehtiyatlarımız 1.7 trilyon kubmetr, proqnozlaşdırılan ehtiyatlarımız isə təxminən 4 trilyon kubmetrdir. Abşeron, Qarabağ, Ümid, Babək və Azəri-Çıraq-Günəşli Dərin Qaz layihələrində qısa və ortamüddətli perspektivdə əlavə qaz həcmlərinin hasil ediləcəyi və tərəfdaşlarımıza ixrac ediləcəyi gözlənilir", – Pərviz Şahbazov bildirib. / banker.az

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
Bill Qeyts kimdir?
Evdə biznes qurmağın yolları
SMM nədir?
Digital Card nədir?
Marketinq nə demədir?