Nazir deyir ki, Avropanın Azərbaycan qazına olan tələbatı illik 30 mlrd. kubmetrdən çoxdur

Nazir deyir ki, Avropanın Azərbaycan qazına olan tələbatı illik 30 mlrd. kubmetrdən çoxdurHazırda Avropanın 10-dan çox ölkəsinin Azərbaycan qazına olan ümumi tələbatı illik 30 milyard kubmetrdən çoxdur və bu layihələr əlavə tədarükün mühüm mənbələri qismindədir.
Bunu energetika naziri Pərviz Şahbazov Energetiklər Günü münasibətilə rəsmi qəzetdə dərc edilmiş məqaləsində bildirib.
P. Şahbazov qeyd edib ki, Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə indiyənədək Avropaya 28.7 milyard kubmetr Azərbaycan qazı nəql edilib.
Onun sözlərinə görə, neft-qaz sektoruna investisiyaların azaldığı bir dövrdə həm qaz yataqlarının işlənilməsi, həm də gələn il "Azəri-Çıraq-Günəşli" yataqlar bloku üzrə "Azəri Mərkəzi-Şərqi" yatağında hasilata başlanması məhz uzaqgörən siyasətin töhfələridir: "2024-cü il 30 illik müqavilənin bitmə və XXI əsrin müqaviləsinin işə düşmə tarixidir. Bu cür planlama, "Əsrin müqaviləsi"nin uzadılmasına doğru vaxtda qərar verilməsi bir daha göstərir ki, cənab İlham Əliyev həmişə dəyişiklikləri hazırlıqlı qarşılayır".
Nazir bildirib ki, dövlət başçısının enerji təhlükəsizliyi və enerji keçidi ilə bağlı siyasəti dünyada balanslaşdırılmış enerji sisteminə nail olmağın da münasib yoludur: "Bu siyasət ondan ibarətdir ki, "yaşıl enerji" keçidi sürətləndirilməlidir. Eyni zamanda qlobal enerji istehlakının hazırda təxminən 55%-ini təşkil edən neft-qaz mənbələri inkişaf etdirilməlidir. Çünki qısa müddətdə neft-qazdan istifadəyə son verməklə enerji təhlükəsizliyi, əlçatanlıq və davamlılıq arasında balansı təmin etmək mümkün görünmür. Ona görə də bu gün ölkəmizdə ənənəvi və bərpaolunan enerji mənbələri paralel inkişaf etdirilir və bu siyasət enerji təchizatında dayanıqlılığı və enerji resurslarımıza olan ehtiyacları qarşılamağı təmin edir".
P. Şahbazov qeyd edib ki, bu xüsusda iyulda istismara verilən, indiyədək 453 milyon kubmetr qaz və 171 min ton kondensatın hasil edildiyi "Abşeron" yatağı, həmçinin işlənmədə olan "Qarabağ", "Ümid" (Mərhələ-II), "Babək" və "Azəri-Çıraq-Günəşli" dərin qaz layihələrini xüsusi qeyd edilməlidir. / banker.az

Xəbərlər     Tarix: 20 oktyabr 2023

Oxşar xəbərlər

İşləməyən şəxslər də icbari sığorta haqqı ödəyəcəklər

Qeyri-formal işlərlə məşğul olan insanlar da icbari sığorta haqqını ödəyəcəklər. xəbər verir ki, ödənişin miqdarı aylıq 16 manat məbləğində olacaq. Bu, "Tibbi sığorta haqqında" qanuna təklif edilən dəyişiklikd

Taleh Kazımov: Kredit faizləri istədiyimiz qədər azalmır - SƏBƏBİ AÇIQLANDI

Azərbaycanda kredit faizlərinin Mərkəzi Bankın arzuladığı səviyyədə aşağı düşməməsinin əsas səbəblərindən biri bank sektorunda rəqabətin zəif olmasıdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI

Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind

Bəzi hallarda saytlara giriş MƏHDUDLAŞDIRILACAQ - Qanun DƏYİŞDİ

Azərbaycanda bəzi informasiyaların yerləşdirilməsinə görə saytlara məhdudlaşdırma tətbiq ediləcək. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Cinayət, Cinayət-Prosessual Məcəllələrinə və "İnformasiya, informasiyalaşdırm

Vətəndaşlara XOŞ XƏBƏR: Kredit riskləri sığortalanacaq - VİDEO

Artıq kredit risklərinin sığortalanması tətbiq oluna bilər ki, bu da gələcəkdə kredit faizlərinin azalmasına təsir göstərə bilər. Yeni mexanizm istehlak və ipoteka kreditləri üzrə risklərin sığortalanmasını əhatə edir. B

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla

Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət

İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir

Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə


iqtisadi xeberler biznes xeberleri valyuta kurslari birbank bitkoin qiymeti