Neft ardıcıl dörd gündür ki, ucuzlaşır
"WTI" markalı neftin fyuçersləri 23 avqust çərşənbə günü 1.8% ucuzlaşdıqdan sonra bir barel üçün 79 dollardan aşağı satılıb. İyunun sonundan davam edən bahalaşmadan sonra artıq dördüncü gündür ki, qiymət enir.
"Bloomberg"in qeyd etdiyi kimi, Çində iqtisadi vəziyyətin pisləşməsi və ABŞ-ın faiz dərəcələrinin uzun müddət yüksək qalacağına işarələr fonunda qiymətlərdə azlma müşahidə olunur. Bu, Səudiyyə Ərəbistanı və Rusiyadan tədarükün azalmasını kompensasiya edib. Bundan əlavə, Venesuelaya qarşı sanksiyaların mümkün ləğvi və İrandan ixracın kəskin artması gözləntiləri fonunda neft ixracı üzrə proqnozlar yaxşılaşıb.
Rusiya avqustda dəniz neft ixracında elan edilmiş azalmanı yerinə yetirib və bu, hazırda sutkada 2.94 milyon barel səviyyəsində qiymətləndirilir. İxrac bu səviyyədən yalnız keçən ilin dekabrında, Aİ və G7-nin Rusiya neftinə qiymət tavanı tətbiq etdiyi zaman aşağı düşüb. / banker.az
Neft bahalaşdı
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə
Azərbaycan nefti ucuzlaşıb
Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi
Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır
Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb
Dollar neçəyə olacaq? - AÇIQLANDI
Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir