NEQSOL Academy SkillHub öyrənmə platformasını istifadəyə verib

NEQSOL Academy SkillHub öyrənmə platformasını istifadəyə veribNEQSOL Academy peşəkar və şəxsi inkişafının müxtəlif mərhələlərində olan şəxslərin bilik və bacarıqlarını inkişaf etdirməsinə dəstək vermək məqsədilə hər kəs üçün açıq olan yeni rəqəmsal öyrənmə platforması SkillHub-ı təqdim edib.
FED.az xəbər verir ki, SkillHub istifadəçilərə sürətlə dəyişən və texnologiyaların inkişafı ilə formalaşan müasir dünyada uğur qazanmaq üçün tələb olunan gələcəyə yönəlmiş bilik və bacarıqları ödənişsiz şəkildə əldə etmək imkanı yaradır.
CrossKnowledge-dən dünya səviyyəli təlimlərlə təchiz edilmiş və NEQSOL Holding tərəfindən tam maliyyələşdirilən NEQSOL Academy-nin SkillHub platforması süni intellekt, liderlik, kommunikasiya, biznesin əsasları və şəxsi effektivlik kimi sahələrdə bacarıqlarını inkişaf etdirməyə kömək edən peşəkar inkişaf resurslarına çıxış imkanı yaradır.
NEQSOL Academy – Hər yerdə, Hər zaman konsepsiyası çərçivəsində təqdim olunan SkillHub müxtəlif cihazlardan və məkanlardan əlçatan olan çevik öyrənmə təcrübəsi təqdim edir. SkillHub qlobal rəqəmsal təlim təminatçısı olan və BlackRock, BNP Paribas, Schneider Electric, Orange, Sanofi, Carrefour və ArcelorMittal kimi aparıcı təşkilatların etibar etdiyi CrossKnowledge tərəfindən dəstəklənir. Onun təqdim etdiyi məzmun Harvard, Stanford, INSEAD, Cambridge, Wharton, London Business School və HEC Paris kimi nüfuzlu təhsil müəssisələri ilə əlaqəli ekspertlər və müəllim heyəti ilə əməkdaşlıq çərçivəsində hazırlanıb. Platforma NEQSOL Academy-nin Təlim İdarəetmə Sistemi (LMS) üzrə tərəfdaşı olan Enocta üzərində qurulub.
"Təhsilə və peşəkar inkişafa investisiya qoyuluşu güclü təşkilatların və dayanıqlı icmaların formalaşması üçün mühüm əhəmiyyət daşıyır," – deyə NEQSOL Holding-in Baş İcraçı Direktoru Kirill Rubinski bildirib. "SkillHub gənc mütəxəssislərin yüksək keyfiyyətli təhsil resurslarına çıxış əldə etməsi və karyeraları boyunca inkişafını davam etdirməsi üçün faydalı imkanlar yaratmağa dair baxışımızı əks etdirir."
"SkillHub üçün akademik mükəmməlliyi və özünü doğrultmuş qlobal təcrübəni birləşdirən platforma axtarırdıq," – deyə NEQSOL Holding-in İnsan Kapitalı üzrə Baş Direktoru Meriç Tunç bildirib. "CrossKnowledge müasir istifadəçilərin ehtiyaclarına uyğun yüksək keyfiyyətli məzmunu, nüfuzlu ekspert yanaşmalarını və cəlbedici rəqəmsal öyrənmə təcrübəsini bir araya gətirir."
SkillHub-a giriş və qeydiyyat:
SkillHub video təqdimat:
NEQSOL Holding haqqında
NEQSOL Holding beynəlxalq şirkətlər qrupu 11 ölkədə telekommunikasiya, enerji, tikinti və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərir. Qrup dünya üzrə 25 milyon müştəriyə xidmət göstərir və 20 mindən çox əməkdaşı var.
NEQSOL Academy haqqında
NEQSOL Academy davamlı öyrənməni, peşəkar mükəmməlliyi və bilik mübadiləsini təşviq etmək məqsədilə yaradılmış NEQSOL Holding-in korporativ öyrənmə ekosistemidir. Müxtəlif dillərdə qabaqcıl öyrənmə imkanları təqdim edən NEQSOL Academy "Hər yerdə, Hər zaman" prinsipini rəhbər tutaraq əməkdaşların və daha geniş auditoriyaların innovativ inkişaf proqramları vasitəsilə inkişafını dəstəkləyir.
CrossKnowledge haqqında
CrossKnowledge rəqəmsal öyrənmə həlləri sahəsində qlobal liderlərdən biridir və ekspert məzmunu, öyrənmə texnologiyaları və peşəkar xidmətlərin kombinasiyası vasitəsilə təşkilatlara əməkdaşlarının bilik və bacarıqlarını inkişaf etdirməyə kömək edir. CrossKnowledge 20 ildən çoxdur ki, aparıcı beynəlxalq təşkilatlara gələcəyə yönəlmiş bacarıqların inkişaf etdirilməsi və davamlı öyrənmə mədəniyyətinin təşviqi istiqamətində dəstək göstərir.

Biznes     Tarix: 24 iyun 2026

Oxşar xəbərlər

Prezident: Almaniya şirkətləri Azərbaycanda fəal işləyir

Almaniya şirkətləri Azərbaycanda fəal işləyir. xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Kansleri Fridrix Merts ilə birgə mətbuat konfransında bildirib. Onun sözlərinə görə, hazırda Azərbaycanda Almaniy

Transfer Pricing sənədləşməsinin əhəmiyyəti nədir?

Bu sənədləşmənin əsas məqsədi əməliyyata görə ikiqat vergi tutmanın qarşısını almaqdır. İqtisadi bazarda əsasən beynalxalq törəmə şirkətləri arasında aparılan Transfer Pricing yəni Transfer qiymətlərinin sənədləşməsi əməliyyat

Azərbaycanda xarici kapitallı şirkətin kapitalı – 2 DƏFƏ AZALDILIR

Azərbaycanda xarici kapitallı şirkətin kapitalı – 2 DƏFƏ AZALDILIR. "Raspberry AZ-I" MMC (VÖEN: 1009381171) nizamnamə kapitalını azaldır. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, MMC-nin nizamnamə kapital

NEQSOL Holding dörd Brandon Hall Group Mükəmməllik Mükafatına - LAYİQ GÖRÜLÜB

NEQSOL Holding 2026-cı il "Brandon Hall Group HCM Excellence Awards" çərçivəsində "Gələcək iş"(Future of Work), "İnsan resurslarının idarə edilməsi" (Human Resources) və "Təlim və inkişaf"

Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU

"İsa bulag Catering Services" MMC (VÖEN: 8600230101) ləğv edilib. Vergi borcun var, amma işləyirsən - GÜZƏŞT EDİLƏCƏK – AZƏRBAYCANDA YENİLİK. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ləğv olunma şirkəti

Əmtəə bazarının səmərəliliyi və rəqabət İşçi qrupunun növbəti iclası keçirilib

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmtəə bazarının səmərəliliyi və rəqabət İşçi qrupunun növbəti iclası keçirilib. xəbər verir ki, Azərbaycan  Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarə

Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ

Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi fiziki şəxs Şamilov Yaşar Elşad oğlu barəsində inzibati xəta protokolu tərtib edib. Azərbaycanda elektron siqaret qadağası ilə bağlı qanunla

Azərbaycanda şirkətlər ayrıldı - NİZAMNAMƏ KAPİTALI 50 MİN MANAT AZALDILDI 

"Digital Technologies-Azərbaycan" MMC-nin (VÖEN: 1703662611) nizamnamə kapitalında dəyişiklik edilib. . Azərbaycandakı Rusiya şirkəti bağlanır – YENİ YARADILMIŞDI. biznes və maliyyə xəbərləri portalı xəbər veri

Azərbaycan bazarına 263 milyard dollarlıq ərəb şirkəti gəlir – L"IMAD hansı şirkətlərə sahibdir?

Xəbər verildiyi kimi, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi Əmirliyi hakiminin müavini, BƏƏ-nin milli təhlükəsizlik müşaviri Şeyx Tahnun bin Zayed Al Nəhyanının Bakıya səfəri zamanı sentyabrın 14-də Azərbaycan prezident


iqtisadi xeberler online pul qazanmaq leobank kart bank faizleri investisiya