NEQSOL Holding "Parla" təqaüd proqramı üçün xaricdə təhsil üzrə master-klas keçirib

NEQSOL Holding NEQSOL Holding Bakı şəhərində "Parla" təqaüd proqramının qalibləri üçün xaricdə təhsil üzrə master-klas təşkil edib.
Master-klas Holdinq tərəfindən Azərbaycan-Böyük Britaniya Məzunları ictimai birliyi (AUKAA) və 2019-2023-cü illərdə xaricdə təhsil üzrə Dövlət Proqramının İcra Qrupu ilə birlikdə 25 may 2024-cü il tarixində keçirilib.
Qeyd edək ki, "Parla" proqramı NEQSOL Holding tərəfindən Təhsil İnkişaf Fondu ilə əməkdaşlıq şəraitində həyata keçirilir.
"Parla" təqaüd proqramının 50 uğurlu iştirakçısı müraciət edən 674 tələbə qız arasından ötən il seçilib. Seçim zamanı tələbə qızların təhsildə müvəffəqiyyətləri və iqtisadi vəziyyətləri nəzərə alınıb. Seçilmiş tələbələr aylıq təqaüd ödənişləri ilə təmin olunur. Bundan əlavə NEQSOL Holding tələbə qızlara təcrübə proqramı, mentorluq, NEQSOL Akademiyası vasitəsilə dünyanın aparıcı universitetlərinin proqramlarına və LinkedIn öyrənmə vasitələrinə çıxış kimi kompleks proqramlar təklif edir.
Tədbirin məqsədi tələbə qızları Birləşmiş Krallıqda, eləcə də xaricdə təhsil üzrə Dövlət Proqramı vasitəsilə digər ölkələrdə təhsil imkanları ilə tanış etmək idi. Tədbir iştirakçıları, AUKAA-nın sədri Sabir Məmmədov, 2019-2023-cü illərdə xaricdə təhsil üzrə Dövlət Proqramının İcra Qrupunun nümayəndəsi Aygül İsmayılova, AUKAA-nın Direktorlar Şurası sədrinin müavini Nərmin Bağırzadə, Şuranın üzvü Aslan Mirzəyev və xaricdə təhsil üzrə mütəxəssis Nigar Bayramlı Böyük Britaniyada həyat və təhsil, habelə xaricdə təhsil üzrə Dövlət Proqramının üstünlükləri barədə danışdılar. Nərmin Bağırzadə tələbələrlə xaricdə təhsillə bağlı öz təcrübəsini bölüşüb üzləşdiyi çətinliklər barədə məlumat verdi. Çıxışların sonunda sual-cavab sessiyası baş tutdu.
NEQSOL Holding beynəlxalq şirkətlər qrupu 11 ölkədə telekommunikasiya, enerji, tikinti və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərir. / fed.az

Biznes     Tarix: 29 may 2024

Oxşar xəbərlər

Azərbaycan-Suriya Biznes Şurası yaradılıb

Azərbaycan-Suriya Biznes Şurası yaradılıb. xəbər verir ki, bunu Suriyanın iqtisadiyyat və sənaye naziri Mohammad Nidal al-Shaar II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən "Qlobal artımın, investisiyanı

NEQSOL Holding dörd Brandon Hall Group Mükəmməllik Mükafatına - LAYİQ GÖRÜLÜB

NEQSOL Holding 2026-cı il "Brandon Hall Group HCM Excellence Awards" çərçivəsində "Gələcək iş"(Future of Work), "İnsan resurslarının idarə edilməsi" (Human Resources) və "Təlim və inkişaf"

"Özbəkistan investisiyalı 130-dan çox kommersiya təşkilatı qeydiyyatdan keçib"

"İki ölkə arasında tranzit daşımalarında artım müşahidə olunur. 2025-ci ildə daşımaların həcmi 6,7 faiz artıb və 1,4 milyon tona çatıb. Bu ilin yanvar-iyun aylarında da 12,2 faizlik artım qeydə alınıb və həmin göstəric

"Formula-1" dövründə Bakı restoranlarının - GƏLİRLƏRİ 3 DƏFƏ ARTIB – ARAŞDIRMA

Bakıda ənənəvi olaraq hər il keçirilən "Formula-1" yarışları təkcə ölkəyə gələn turistlərin və otellərdəki qonaqların sayını artırmır. "Formula 1" Azərbaycan qran-prisi kirayə mənzillərin qiymətini bahalaşdırd

"Əmanətə Sədaqət" layihəsi çərçivəsində şəhid övladları üçün Bilik Günü tədbiri keçirilib - FOTOLAR

"Azərlotereya" ASC və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən "Əmanətə Sədaqət" layihəsi çərçivəsində bu il al

Azərbaycanda iri şirkətlərin etdiyi - 3 ÖLÜMCÜL SƏHV

Şirkətlərin ən həssas aktivi – Reputasiya. İri korporasiyaların və holdinqlərin balansı təhlil edilərkən adətən daşınmaz əmlak, istehsalatı, maliyyə rehtiyatları və rəqəmsal aktivlər ön plana çəkilir. Lakin müasir bizne

Azərbaycanda xarici kapitallı şirkətin kapitalı – 2 DƏFƏ AZALDILIR

Azərbaycanda xarici kapitallı şirkətin kapitalı – 2 DƏFƏ AZALDILIR. "Raspberry AZ-I" MMC (VÖEN: 1009381171) nizamnamə kapitalını azaldır. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, MMC-nin nizamnamə kapital

Azərbaycanda 7 ayda haqsız rəqabətlə bağlı 37 subyektin fəaliyyəti araşdırılıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda haqsız rəqabətlə bağlı 37 subyekt haqqında araşdırma aparılıb. xəbər verir ki, bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin şöbə müdiri Şahi

ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR

Sentyabrın 22-də Azərbaycan-Türkiyə İş Adamları Birliyinin nümayəndə heyəti Türkiyə Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Prof. Dr. Birol Akgünü ziyarət edib. biznes və maliyyə xəbərləri portal


iqtisadi xeberler valyuta xeberleri online pul qazanmaq internetden pul qazanmaq iqtisadiyyat xeberleri