NEQSOL Holding "Parla" təqaüd proqramı üzrə növbəti təlim keçirib - FOTOLAR
Təhsil və peşəkar inkişafa şərait yaratmaq öhdəliyini davam etdirən NEQSOL Holding "Parla" təqaüd proqramının iştirakçıları üçün "ünsiyyət bacarıqları" mövzusunda zəngin təlim sessiyası təşkil edib.
FED.az xəbər verir ki, Təhsilin İnkişaf Fondu ilə əməkdaşlıq şəraitində həyata keçirilən "Parla" proqramının məqsədi tələbə qızları dəstəkləmək və inkişaf etdirməklə onların peşəkar karyeraya hazırlamaqdır. "Parla" proqramına ötən il tərəflərin birgə müəyyən etdiyi meyarlar əsasında 674 tələbə qız arasından 50 uğurlu namizəd seçilmişdir.
Holdinqin əməkdaşı tərəfindən keçən həftə aparılan "ünsiyyət bacarıqları" təlimi zamanı əsas diqqət ünsiyyət bacarıqlarının yaxşılaşdırılması, o cümlədən emosional intellektin, liderliyin və effektiv ünsiyyət üsullarının bəzi aspektlərinə yönəldilmişdir. Bu bacarıqlar həm şəxsi, həm də peşəkar inkişaf üçün çox vacib olub tələbələri öz karyeraları boyunca uğur qazandıracaq vasitələrlə təmin edir.
Keçirilən təlimlə bağlı fikirlər çox müsbət olub, belə ki, tələb qızların əksəriyyəti diqqətin yumşaq bacarıqlara yönəlməsini alqışlayıb. "Bu sessiyada emosional intellekt və liderliklə bağlı əldə etdiyimiz məlumat və biliklər bizə öz təhsilimizdə və peşəkar həyatımızda məqsədlərə nail olmağa çox kömək edəcək", tələb qızlardan biri dedi. "Təhsil aldığımız müddətdə belə güclü dəstək görməyimiz bizi çox həvəsləndirir".
NEQSOL Holding tələbə qızları təqaüd, mentorluq və təcrübə keçmə imkanları, habelə NEQSOL Akademiyası vasitəsilə beynəlxalq təhsil resurslarına, o cümlədən "Enocta Premium Catalogue", "Skillsoft" və Azərbaycan Diplomatiya Akademiyasının kurslarına çıxış təmin etməklə onların inkişafına tam yanaşma tətbiq edir. Onlayn kurslarla yanaşı "Parla" proqramının iştirakçıları "Roof Academic Training" ilə birlikdə artıq ingilis dili və IELTS dərslərinə başlayıb.
Holdinq öz dəstəyini davam etmək niyyətindədir və gələcəkdə daha çox təlim sessiyaları və ustad dərsləri keçirməklə "Parla" proqramının iştirakçılarının karyera çətinliklərinə hazır olmasını təmin edəcək.
NEQSOL Holding beynəlxalq şirkətlər qrupu 11 ölkədə telekommunikasiya, enerji, tikinti və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərir.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Elon Musk kimdir?
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
Digital Card nədir?
İlon Mask kimdir?
Az pulla hansı işi qurmaq olar?