NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədilə "YAŞAT" Fondu ilə əməkdaşlığını davam etdirir.
Əməkdaşlıq çərçivəsində NEQSOL Holding tərəfindən "YAŞAT" Fonduna ayrılmış vəsaitin bir hissəsi hesabına 2025-ci il ərzində 710 nəfər əlilliyi təyin olunmuş şəxsə və şəhid ailəsinə tibbi xidmətlərin və təhsil xərclərinin maliyyələşdirilməsi formasında sosial dəstək göstərilib.
Həmçinin, 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə NEQSOL Holding-in tərəfdaşlığı ilə "YAŞAT" Fondu tərəfindən həyata keçirilən "Hədiyyə Karvanı" sosial layihəsi çərçivəsində ölkə üzrə 1700-dək şəhid övladı təbrik edilib.
Holdinq tərəfindən ayrılan vəsaitin bir hissəsi isə bu il ərzində digər xüsusi sosial layihələrin, o cümlədən şəhid övladları üçün "YAŞAT" Yay Düşərgəsi, Yay Məktəbi və Məktəbli Ləvazimatları layihələrinin icrası çərçivəsində istifadə olunacaq.
FED.az xəbər verir ki, 2021-ci ildən etibarən köçürülmüş ianələr və hazırkı istifadə olunan məbləğ də daxil olmaqla, NEQSOL Holding-in qərarı ilə tərkibindəki Bakcell, Norm, Azerconnect Group və Nobel Energy şirkətləri "YAŞAT" Fonduna ümumilikdə 3,7 milyon manat vəsait ayırıb.
NEQSOL Holding Qurban bayramı münasibətilə Azərbaycan xalqına sülh, əmin-amanlıq və firavanlıq kimi ən xoş arzularını çatdırır.
NEQSOL Holding 11 ölkədə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Biznes təlimlər və tədris üsulları
Ev şəraitində pul qazanmağın yolları
Biznes qurmaq istəyənlərə 10 məsləhət
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Dünyada ən çox oxunan 5 kitab