NEQSOL Holding "YAŞAT" Fonduna - 500 MİN MANAT AYIRDI
NEQSOL Holding Novruz bayramı münasibətilə "YAŞAT" Fonduna 500 000 AZN vəsait ayırıb. Holdinqin qərarı ilə məbləğin yarısı tərkibində olan Bakcell şirkəti tərəfindən ianə şəklində fondun hesabına köçürülüb.
FED.az xəbər verir ki, vəsaitin digər yarısı isə NEQSOL Holding-in dəstəyi ilə "YAŞAT" Fondu tərəfindən bu il icra ediləcək xüsusi sosial layihələrə ayrılıb.
"YAŞAT" Fonduna köçürülən ianə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda mübarizədə yaralanaraq əlilliyi təyin olunmuş şəxslərin və şəhid ailəsi üzvlərinin müalicə və psixoloji dəstək, eləcə də təhsil xərclərinin maliyyələşdirilməsi və digər sosial ehtiyacları üçün nəzərdə tutulur.
Xüsusi layihələr çərçivəsində isə NEQSOL Holding-in maliyyə dəstəyi ilə "YAŞAT" Fondu tərəfindən 1000 nəfərdən çox məktəbli şəhid övladının bu ilin sentyabr ayında 1 illik müddət üçün məktəb ləvazimatları ilə təminatı və digər sosial layihələrin icrası da nəzərdə tutulur.
Beləliklə, 2021-ci ildən etibarən köçürülmüş ianələr və hazırkı məbləğ də daxil olmaqla, NEQSOL Holding-in qərarı ilə tərkibindəki Bakcell, Norm, Azerconnect və Nobel Energy şirkətləri "YAŞAT" Fonduna ümumilikdə 3,2 milyon AZN vəsait ayırıb.
NEQSOL Holding qarşıdan gələn Novruz bayramı münasibətilə bütün Azərbaycan xalqını təbrik edir, hər kəsə cansağlığı, xoşbəxtlik və firavan gələcək arzulayır.
NEQSOL Holding doqquz ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Françayzinq nədir və necə olur?
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
İKEA şirkətinin tarixi