"Növbəti illərdə qəbul planını daha da artırmaq istəyirik"
Növbəti illərdə qəbul planını daha da artırmaq istəyirik.
Bunu elm və təhsil naziri Emin Əmrullayev əməkdaşının sualına cavab olaraq jurnalistlərə açıqlamasında deyib.
"Biz daha çox azərbaycanlının ali təhsil almağını istəyirik. Buna da nail oluruq. Hazırda 20 il əvvəllə müqayisədə iki dəfə çox insan ali təhsil alır. Proses davam edəcək. 2026-cı ilə kimi qəbul planının 75 min olmasını hədəfləyirik. Hesab edirəm ki, bu rəqəm daha da artacaq. Çünki bu il həm Qarabağ, həm də Türkiyə-Azərbaycan universitetləri fəaliyyətə başladı", - nazir bildirib.
O qeyd edib ki, nazirlik qəbul planının əsasən regionlarda artırılmasının tərəfdarıdır: "İstəyimiz odur ki, regionlardakı ali təhsil müəssisələri universitet formatına düşsün. Yəni oradakı universitet 1000 nəfərlik olmasın".
© "Report"

Bank Kartından Təhlükəsiz İstifadə üçün 10 Əsas Qayda
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
"Zolotaya Korona" Rusiyadan Gürcüstana pul köçürmələrini bərpa edib
Azərbaycanda ipoteka kreditlərinə böyük tələb – 6848 müraciətdən 1393-ü qeydə alınıb
ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı
Yeni yaradılan şirkətə - DÖVLƏT QURUMUNDAN QADAĞA – ƏTRAFLI
Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb
Dünyada ən çox oxunan 5 kitab
Start-up nədir?
Mcdonalds françayzinqi neçiyədir?
Shopify-da necə satışa başlamaq olar?
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət