NVIDIA dünyanın 5-ci ən dəyərli markası oldu - Marka dəyəri 110% artaraq 184 milyard dolları keçib

NVIDIA dünyanın 5-ci ən dəyərli markası oldu - Marka dəyəri 110% artaraq 184 milyard dolları keçibBrand Finance-in yeni hesabatına görə NVIDIA dünyanın beşinci ən dəyərli markasıdır.
"Google" "Apple"ı geridə qoyaraq dünyanın ikinci ən dəyərli şirkəti olub
 biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Dünyanın aparıcı brend qiymətləndirmə konsaltinq şirkəti olan Brand Finance-in məlumatına əsasən, NVIDIA-nın marka dəyəri 2025-ci illə müqayisədə 110% artaraq 2026-cı ildə 184,3 milyard ABŞ dollarına yüksəlib. Bu artım şirkətin qlobal süni intellekt infrastrukturunun formalaşdırılmasında mərkəzi rolunu əks etdirir. NVIDIA 2025-ci illə müqayisədə reytinqdə dörd pillə irəliləyərək TikTok/Douyin, Walmart, Samsung Group və Facebook-u marka dəyərinə görə geridə qoyub.
Bununla belə, bütün süni intellekt markaları eyni yüksəlişi yaşamır. Intel-in marka dəyəri təxminən 3% azalaraq 13,9 milyard dollara enib, NVIDIA və AMD isə sürətlə yüksəlməyə davam edir. AMD-nin marka dəyəri hazırda 19,2 milyard dollar səviyyəsində qiymətləndirilir. Reytinqə yeni daxil olan OpenAI isə 14,1 milyard dollarlıq marka dəyəri ilə 178-ci yerdədir.
Brand Finance-in İdarə Heyətinin sədri və baş icraçı direktoru Devid Heyq bildirib:
"Süni intellekt innovasiyalarından dəyər əldə etmək uğrunda gedən kəskin rəqabət şəraitində Intel getdikcə geridə qaln oyunçu kimi qəbul olunur, NVIDIA və AMD kimi rəqiblərin marka dəyərləri isə artan süni intellekt tələbi fonunda sürətlə yüksəlir. Bu, Intel üçün həlledici bir məqamdır: ya sürətlə innovasiya edəcək, ya da geridə qalmaq riski ilə üzləşəcək. Bununla yanaşı, marka dəyərinə təzyiqlər artsa da, Intel-in brendi ildən-ilə möhkəmlənib. Əsas çağırış bu gücü real performansa çevirməkdir, əks halda 2026-cı ilin ən mühüm artım hekayəsində aktuallığını itirə bilər."
Brand Finance məlumatlarına görə, 2026-cı ildə qlobal iqtisadi artımın real ifadədə 3%-dən bir qədər aşağı səviyyədə qalacağı, 2025-ci ildəki 2,8%-lik göstəricidən cüzi artım göstərəcəyi gözlənilir.
Dünyanın ən dəyərli 500 markasının ümumi dəyəri illik müqayisədə 11% artaraq 2025-ci ildəki 9,5 trilyon dollardan 2026-cı ildə 10,4 trilyon dollara yüksəlib.
Brand Finance-in "Global 500 2026" araşdırmasına əsasən, Apple dünyanın ən dəyərli markası mövqeyini qoruyaraq 6% artımla 607,6 milyard dollar marka dəyərinə çatıb. Cihaz satışlarında artım məhdud qalsa da, reklam, bulud xidmətləri və App Store daxil olmaqla xidmətlər sahəsi şirkətin 2025-ci ilin dördüncü rüb üzrə maliyyə nəticələrinə əsasən performansı gücləndirməyə davam edib. Bu artım Amerika qitəsi, Avropa və Asiya-Sakit okean regionlarında sabit tələblə dəstəklənib.
2026-cı ildə Global 500 siyahısında ilk 10 marka ümumi marka dəyərinin 27%-ni təşkil edir ki, bu da ABŞ-ın aparıcı texnologiya nəhənglərinin qlobal iqtisadiyyatda üstünlüyünün davam etdiyini göstərir. İlk onluqdakı markalardan altısı ABŞ texnologiya şirkətləridir. Apple-dan sonra Microsoft 2026-cı ildə 23% artımla 565,2 milyard dollardan çox marka dəyəri ilə dünyanın ikinci ən dəyərli markasıdır. Google (5% artımla 433,1 milyard dollar) və Amazon (4% artımla 369,9 milyard dollar) isə müvafiq olaraq üçüncü və dördüncü yerləri qoruyub.  NVIDIA 184,3 milyard ABŞ dolları marka dəyəri ilə dünyanın beşinci ən dəyərli markasıdır.
Devid Heyq bu barədə əlavə edib:
"Global 500 siyahısının zirvəsindəki marka dəyəri artımı məhsuldarlığı, səmərəliliyi və uzunmüddətli innovasiyanı təmin edən markalara maraqlı tərəflərin yüksək etimadını əks etdirir. Dünyanın ən dəyərli markaları əsasən texnologiya yönümlü və ya texnologiya ilə sıx bağlıdır – Apple, Microsoft və Google kimi köklü liderlərdən tutmuş NVIDIA kimi süni intellektlə güclənən yeni nəhənglərə qədər. Eyni zamanda, ən sürətlə böyüyən markalar rəqəmsal əsaslı və yarımkeçirici sektoruna yönəlib ki, bu da texnoloji liderliyin davamlı marka gücünə necə çevrildiyini göstərir. Bu, müasir dünyanın aydın göstəricisidir, çünki inkişaf edən texnologiyalar rəqabət üstünlüyünü yenidən müəyyənləşdirir."
YouTube Brand Strength Index (BSI) üzrə 100 baldan 95,3 bal toplayaraq 2025-ci ildəki səkkizinci yerdən yüksələrək dünyanın ən güclü markası olub. Brand Finance-in 10 bazarda apardığı araşdırma göstərib ki, onların 8-də respondentlərin 90%-dən çoxu YouTube-u tanıyır və 70%-i platformadan istifadə etməyi düşünür. Bu, YouTube-un geniş tanınmanı aktiv istifadəyə və qlobal marka kapitalına çevirmək qabiliyyətini, həmçinin əyləncə, öyrənmə və onlayn icmalar üçün əsas platforma rolunu əks etdirir. Apple, Nike, Coca-Cola və McDonald"s kimi dünyanın ən dəyərli markaları auditoriya ilə əlaqəni gücləndirmək üçün YouTube-dan istifadə edir.
WeChat 100 baldan 95,1 BSI göstəricisi ilə ikinci yerə enib, Microsoft isə səkkiz pillə yüksələrək 94,7 bal ilə üçüncü olub. Brand Finance məlumatlarına görə, Global 500 siyahısındakı 38 marka AAA+ marka gücü reytinqinə layiq görülüb.
Böyük Britaniyaya məxsus fintex markası Revolut dünyanın ən sürətlə böyüyən markası kimi önə çıxıb. 2026-cı ildə Revolut-un marka dəyəri 2025-ci ildəki 1,9 milyard dollardan 239% artaraq 6,6 milyard dollara yüksəlib. Marka bu il ilk dəfə Global 500 siyahısına (393-cü yer) daxil olub ki, bu da Meksika və Hindistan kimi yeni bazarlara genişlənmə hesabına əldə olunan güclü gəlir artımını əks etdirir. 100 baldan 72,6 BSI göstəricisi ilə Revolut qlobal miqyasda güclü tövsiyə səviyyəsinə malikdir və şifahi tövsiyə göstəricisi 10 üzərindən 9,2 bal təşkil edir.
Global 500 2026 reytinqində yer alan 192 Amerika markası ümumi marka dəyərinin yarıdan çoxunu formalaşdırır. Çin 68 marka ilə 15%-dən bir qədər çox paya sahib olaraq ikinci yerdədir və bu siyahıya TikTok/Douyin liderlik edir. Almaniya 26 marka ilə 5%-dən çox payla üçüncü yerdə qərarlaşıb. Siyahıya dünyanın ən dəyərli telekommunikasiya markası və qlobal ilk 20-likdə yer alan yeganə Avropa markası olan Deutsche Telekom başçılıq edir.
Yaponiya və Fransa müvafiq olaraq dördüncü və beşinci yerləri tutur. Yaponiyanın 33 markası ümumi qlobal marka dəyərinin təxminən 5%-ni, Fransanın 33 markası isə bir qədər çox 4%-ni təşkil edir. Böyük Britaniya 25 marka ilə altıncı yerdə qərarlaşıb və Global 500 siyahısına ən çox yeni daxil olan ölkə olub.
Cənubi Koreya və Kanada növbəti yerlərdə qərarlaşarkən, Hindistan 14 marka ilə qlobal miqyasda doqquzuncu yerdədir.
Brand Finance "Global 500" hesabatının təqdimatını 20 yanvar 2026-cı ildə Davosda, son 6 ildə ən sürətlə böyüyən İT xidmətləri markası olan Infosys ilə tərəfdaşlıq çərçivəsində keçirilib.
Dünyanın ən dəyərli markaları (TOP 20)
1. Apple - dəyəri 607 milyard 642 miylon dollar 
2. Microsoft - dəyəri 565 milyard 250 milyon dollar 
3. Google - dəyəri 433 milyard 75 milyon dollar
4. Amazon - dəyəri 369 milyard 876  milyon dollar
5. NVIDIA - dəyəri 184 milyard 322 milyon dollar
6. TikTok/Douyin - dəyəri 153 milyard 543 milyon dollar
7. Walmart - dəyəri 140 milyard 985 milyon dollar
8. "Samsung Group" - 119 milyard 218 milyon dollar
9. Facebook - dəyəri 107 milyard 61 milyon dollar
10. State Grid Corporation of China - dəyəri 102 milyard 441 milyon dollar
11. T,Germany (Deutsche Telekom Group)
12. ICBC,China
13. Instagram
14. China Construction Bank
15. Home Depot
16. Verizon
17. Bank of China
18. Oracle
19. Agricultural Bank of China
20. Toyota (Marja)
NVIDIA dünyanın 5-ci ən dəyərli markası oldu - Marka dəyəri 110% artaraq 184 milyard dolları keçibNVIDIA dünyanın 5-ci ən dəyərli markası oldu - Marka dəyəri 110% artaraq 184 milyard dolları keçib/ fed.az

Biznes     Tarix: 20 yanvar 2026

Oxşar xəbərlər

Azərbaycan İnvestisiya Holdinqin Baş icraçı direktoru Ruslan Əlixanov vəzifəsindən uzaqlaşdırıldı

Baş nazir və Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının sədri Əli Əsədov tərəfindən Holdinqin İdarə Heyətinin Sədrinin təqdimatına əsasən, Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru və İdar

Transfer Pricing sənədləşməsinin əhəmiyyəti nədir?

Bu sənədləşmənin əsas məqsədi əməliyyata görə ikiqat vergi tutmanın qarşısını almaqdır. İqtisadi bazarda əsasən beynalxalq törəmə şirkətləri arasında aparılan Transfer Pricing yəni Transfer qiymətlərinin sənədləşməsi əməliyyat

33 illik şirkətdən ikinci dəfə - 47 MİN MANAT GÖTÜRÜLÜR

"Orbita-Market" MMC (VÖEN: 160060231) nizamnamə kapitalını yenidən azaldır. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin nizamnamə kapitalı 235 min manatdan 188 min manata – yəni 47 min manat azaldılır

"Özbəkistan investisiyalı 130-dan çox kommersiya təşkilatı qeydiyyatdan keçib"

"İki ölkə arasında tranzit daşımalarında artım müşahidə olunur. 2025-ci ildə daşımaların həcmi 6,7 faiz artıb və 1,4 milyon tona çatıb. Bu ilin yanvar-iyun aylarında da 12,2 faizlik artım qeydə alınıb və həmin göstəric

Menyunu düzgün tərtib etməyən restoran sahibi – CƏRİMƏLƏNDİ

Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi fiziki şəxs Əsədov Zaur Valeh oğlubarəsində inzibati xəta protokolu tərtib edib. "Panda Baby" müştəriləri aldadır – UCUZ QİYMƏT QOYUB

Trampın sərvəti 2024-cü il seçkilərindən sonra 2,7 milyard dollar artıb

ABŞ Prezidenti Donald Trampın sərvəti 2024-cü il prezident seçkilərindən sonra 2,7 milyard dollar artaraq 7 milyard dollara çatıb. xəbər verir ki, bu barədə "Forbes" jurnalının yenilənmiş hesablamalarında bildirilir

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR

"Bakı Biznes Mərkəzi" MMC Mədəniyyət Nazirliyinin tabeliyinə verilib. xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib. Nazirlər Kabineti "Bakı Biznes Mərkəzi" MMC-nin Mədəniyyət Nazirliyinin tabeliyin

Azərbaycanda 7 şirkət ləğv edildi – EYNİ HOLDİNQƏ QOŞULDU

Azərbaycanda fəaliyyət göstərən 7 şirkət ləğv edilib. Böyük Britaniya şirkətinin Azərbaycandakı filialı – BAĞLANIR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətlər ləğv edilərək "İntegra Holding" MMC-y

"İtaliya şirkətlərinin Azərbaycana köçürülməsi üzərində işləyirik"

İtaliya şirkətlərinin Azərbaycan və Mərkəzi Asiyaya köçürülməsi üzərində işlər aparılır. xəbər verir ki, bunu İtaliyanın FSI investisiya şirkətinin təsisçisi və baş icraçı direktoru Maurizio Tamaqnini Bakıda keçirilən I


iqtisadi xeberler avtomobil xeberleri dollar məzənnəsi depozit faizleri biznes ideyalari