"Nvidia" Vyetnamda mikroçip istehsalı mərkəzini quracaq
"Nvidia" Vyetnamda yarımkeçiricilər istehsalı mərkəzi tikmək niyyətindədir. Bu barədə ölkə hökuməti "Nvidia" şirkətinin baş direktoru Censen Huanqın sözlərinə istinad edərək məlumat yayıb.
Cənab Huanq özü qeyd edib ki, "Nvidia" artıq Vyetnama 250 milyon dollar sərmayə qoyub və hazırda ölkə texnologiya şirkətləri və hakimiyyət orqanları ilə əməkdaşlığın detallarını müzakirə edir.
"Nvidia" Asiya regionunda çip istehsalını aktiv şəkildə artırır və tədarük zəncirlərini şaxələndirməyə çalışır. Belə ki, ötən həftə şirkət Yaponiyada süni intellekt üçün çiplərin istehsalı üçün fabriklər şəbəkəsi yaratmaq niyyətini açıqlayıb. Böyük həcmdə məlumatları emal edən və paralel hesablamalar aparan "Nvidia GPU"ları süni intellekt üçün istifadə olunur. Süni intellekt çiplərinə tələbat sayəsində "Nvidia"nın üçüncü rübdəki gəliri illik müqayisədə 206% artıb. / banker.az
Bu şəxslərin pensiyası yenidən artacaq
"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad
Maaşlardan yığılan vergi 21% artıb
Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki
Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind
Neft bahalaşdı
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb