"Nvidia"nın kapitallaşması yenidən 1 trln. dolları keçib
Amerikanın videokart və çip istehsalçısı "Nvidia"nın kapitallaşması yenidən 1 trilyon dolları ötüb. Bu, Nyu-York Fond Birjasının iyunun 13-də keçirilən hərracların yekunlarına dair məlumatından görünür.
Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.
Bildirilir ki, ticarətin sonuna qədər "Nvidia" səhmləri bir səhm üçün 413.25 dollara yüksəlib. Beləliklə, şirkətin kapitallaşması 1.01 trilyon dollara çatıb.
2023-cü ilin əvvəlindən bəri "Nvidia" səhmləri süni intellekt texnologiyalarına artan marağa görə 180%-dən çox artıb. Mayın 30-da şirkətin kapitallaşması ticarətin ilk saatlarında 1 trilyon dolları ötsə də, günün sonuna bu göstəricidən aşağı düşüb.
"Nvidia" – kapitallaşması 1 trilyon dolları keçən yeddinci Amerika şirkətidir. Əvvəllər bu həddi "Apple", "Microsoft", "Alphabet", "Amazon", "Tesla" və "Meta" keçib.
Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT
2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind
Azərbaycan nefti ucuzlaşıb
Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi
Bu şəxslərin pensiyası ARTIRILDI
1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör
G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək
Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd