"OBA" marketlər şəbəkəsi gənclərə - BELƏ DƏSTƏK OLDU
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, "OBA" marketlər şəbəkəsi, Gənclərin İnkişafına Dəstək İctimai Birliyi, "Brandlab.az" platformasının təşkilatçılığı ilə həyata keçirilən "Yaradıcılığın danışsın" layihəsi uğurla başa çatıb.
FED.az xəbər verir ki, "İdeyanı reallaşdır 2022" Gənclərin Fərdi Layihələr Qrant Müsabiqəsində qalib olan "Yaradıcılığın danışsın" layihəsinin məqsədi gənclərə yaratdıqları məhsulların marketinqini, veb platformalarda, sosial mediada satışını və dizaynın sirrlərini öyrədərək onlara dəstək olmaqdır.
200-dən çox gəncin iştirakı ilə keçirilən layihə çərçivəsində satış və marketinq sahələri üzrə müxtəlif mövzular üzrə təlimlər keçirilib. Təlimçilər sırasında "OBA" marketlər şəbəkəsinin İdarə Heyətinin üzvü, Marketinq direktoru Hikmət Əliyev də yer alıb.
O, çıxışı zamanı "Bir brendin hekayəsi (Veysəloğlu və OBA Market brendi)" adlı təlimi keçib. Daha sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Sonda layihəni uğurla bitirən iştirakçılar sertifikat və hədiyyələrlə təltif olunub.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Françayzinq nədir və necə olur?
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
İKEA şirkətinin tarixi