OECD ölkələrində neftin və neft məhsullarının ehtiyatları artıb
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində neftin və neft məhsullarının kommersiya ehtiyatları oktyabrda sentyabr ayı ilə müqayisədə 22.5 mln. barel artıb.
OECD ölkələrində neftin kommersiya ehtiyatları oktyabr ayının yekunlarına görə 2.748 mlrd. təşkil edib, lakin bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 mln. barel, son beşillik ortalama göstəricidən 167 mln. barel, 2015-2019-cu illərin ortalama səviyyəsindən isə 197 mln. barel azdır.
Belə ki, bu ilin oktyabrında OECD ölkələrində neft ehtiyatlarının həcmi 1.335 mlrd. barel, neft məhsullarının həcmi isə 1.413 mlrd. barel təşkil edib.
Qeyd edək ki, qlobal neft və neft məhsullarının kommersiya ehtiyatlarının orta beşillik (2015-2019-cu illər) səviyyəyə çatdırılması əvvəlcədən "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşmasının məqsədi kimi müəyyən edilib. / banker.az
Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq
30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind
Qaz ödənişləri ilə bağlı YENİLİK
İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq
Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb
Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c
Azərbaycan nefti ucuzlaşıb
Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi
G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək
Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd