"Ola bilsin, bir-birilərinə məhəbbətləri olub...' - Deputat FHN-dəki intim görüntülər HAQQINDA

"Kəmaləddin Heydərov bu məsələdə heç bir məsuliyyət daşımır. Çünki insanların şəxsi həyatı, şəxsi münasibətləri var. Bu münasibətlər harada olduğundan asılı olmayaraq qurula bilər. Buna nazir cavabdeh deyil. Heydərov buna görə həmin əməkdaşlar barəsində tədbir görə bilər. Nazir bu qədər işçinin hərəkətlərinə axı nəzarət edə bilməz".
azxeber.com xəbər verir ki, bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Tahir Rzayev Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının görüntüləri barədə danışarkən deyib.
Deputat bildirib ki, həmin görüntülərin yayılması əxlaq normalarımıza həddindən artıq ziddir: "Ola bilsin, bir-birilərinə istəkləri, məhəbbətləri var. Eybəcər görüntülərdir... Son vaxtlar bu cür videolar çox yayılır. Bəzən montaj edirlər, quraşdırırlar. Kiminsə nüfuzuna xələl gətirmək, alçaltmaq, ləkələmək üçün, ya da maddi nəsə umduqları üçün belə videoları yayırlar. Düzgün deyil, yolverilməzdir. Lakin hər kəs də hərəkətlərinin səddini bilməlidir. Bilməlidir ki, harda hansı hərəkəti edir, kiminlə görüşür. Doğrudan da, FHN polkovniki belə təəssüf doğuran hərəkətlərə yol verirsə, onun haqqında lazımi ölçü götürülməlidir. Kabinetində iş yoldaşı, ya hansısa tanışı ilə belə hərəkətlər sərgiləməsi qəbuledilməzdir. Bu, ətrafdakıların tərbiyəsini korlaya bilər. Vəzifədə olan adam birinci növbədə öz tərbiyəsi ilə nümunə olmalıdır".
T.Rzayev sözügedən görüntülərə görə nazir Kəmaləddin Heydərovun istefasının tələb edilməsinə də münasibət bildirib: "Hansısa nazirdən və ya rəhbər şəxsdən əməkdaşlarının belə hərəkətlərinə görə istefa verməsini tələb etmək, onun haqqında şayiələr yaymaq qanunla da, əxlaq baxımından da düzgün deyil. Nazir həmin vaxt bəlkə öz kabinetində olmayıb, hansısa ölkədə ezamiyyətdə olub. Nə xəbər tutsun ki, onun çoxsaylı işçisi burada hansı hərəkətlərə yol verir? Axı buna nəzarət edə bilməz. İşçinin vicdanı öz üzərində olmalıdır. Bəzən insanlar cəmiyyət içində bir-birilərini qucaqlayırlar, görüşür, öpüşürlər. Bir də görürsən ki, bunu videoya çəkirlər. Ay qardaş, adam öz balası ilə də öpüşür. Oğlan qızla, dost-dostla, kişi-kişi ilə də görüşəndə öpüşür. Nə olar? Səmimiyyətdən irəli gələn şeylər var. Bunu elə kobud şəkildə reklam edirlər ki, adam dəhşətə gəlir. Elə çıxır, onda heç kim bir-birinə salam verməsin, yanaşmasın, əl tutmasın, oturub bir stəkan çay içməsin? Bu, yaxşı hal deyil, cəmiyyəti manqurtlaşdırır, saxtalaşdırırlar. Bəzən telefon danışıqlarını da yayırlar. Kimsə tanış xanıma deyir ki, "əzizim, necəsən?" Nə olar deyəndə? Kişi bəs nə desin? Axı "əzizim" yaxşı sözdür. Yaxşı, "gözəl xanım, necəsən?" desin. Elə ifadələr var, insanı ruhlandırır, mənalandırır. Xoş sözləri demək lazımdır. Deyirlər ki, sən niyə belə səmimi danışdın, görəsən, ortada nə var? Yaramaz ünsürlər elə fikir formalaşdırırlar ki, şantaj olunmasın deyə adam öz əzizi, qohumu ilə küçədə görüşmək istəmir. Belə şeylər bağışlanılmazdır".
Deputat bildirib ki, belə görüntüləri yayanların məqsədi naziri hədəf almaqdırsa, Kəmaləddin Heydərovu hamı tanıyır: "Onun fəaliyyətini də, tutduğu mövqeyi də bilirlər. Nazir haqqında sözü cənab Prezident deyir. Çünki Prezident inandığı adamları işlədir. Rüşvətxorluğa, saxtakarlığa yol verənlərlə bağlı ciddi tədbir görür, həbs edilənlər də olur. Cənab Prezident hamını yaxşı tanıyır. Sözsüz ki, belə görüntüləri yaymaqda kiminsə marağı var. Ola bilsin, FHN polkovnikindən kimsə inciyib, ya nəsə umub, istəyib, o isə verməyib. Belə görüntüləri çəkib, sonra pul tələb edirlər. Ailəsində nifaq yaratmaq, hörmətdən salmaq istəyirlər. Bu görüntüləri yayan şəxsləri axtarıb tapmaq lazımdır. Onlar barəsində də ciddi tədbir görülməlidir. Belə şey hər birimizin nüfuzuna ziyan gətirir".

Xəbərlər     Tarix: 16 avqust 2022

Oxşar xəbərlər

"Vita Milk" MMC-nin Rusiyadan gətiridiyi yağlarda uyğunsuzluq aşkarlandı - GERİ QAYTARILDI

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı nəzarət tədbirləri zamanı "Vita Milk" MMC tərəfindən idxal olunan bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinə edilib. xəbər verir ki, bu barəd

Azərbaycanda həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq

Regionlara turist səfərlərinin təşviq edilməsi istiqamətində işlər görüləcək. xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlə

G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək

Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd

Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb

Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c

"Azəridad" toyuq kolbasasında tük tapıldı - MÜƏSSİSƏ BAĞLANDI

Mediada "Azəridad" əmtəə nişanlı toyuq kolbasasında toyuq tükünün aşkar olunması ilə bağlı yayılan məlumat əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxano

Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət

Qaz ödənişləri ilə bağlı YENİLİK

İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq

Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT

2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind

Dollar neçəyə olacaq? - AÇIQLANDI

Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir


iqtisadi xeberler dollar manat kursu kripto internetden pul qazanmaq biznes ideyalari