Ombudsman: Ermənistan mediasında azərbaycanlılara qarşı aqressiv ifadələrin işlənməsi halları artıb
"Son günlər Ermənistana məxsus media subyektlərində, xüsusilə sosial şəbəkələrdə azərbaycanlılara qarşı aqressiv və insan ləyaqətini alçaldan ifadələrin işlənməsi hallarının artması bizdə haqlı olaraq dərin narahatlıq hissi doğurur".
KONKRET.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bildirib.
"Hesab edirik ki, sülh danışıqlarının aktuallıq kəsb etdiyi hazırkı həssas dönəmdə erməni əsilli bəzi şəxslər tərəfindən düşmənçilik hissini təşviq edən bu kimi neqativ hərəkətlər təxribat məqsədi daşıyır və yolverilməzdir.
Azərbaycanofobiya siyasətinin təzahürü olan etnik zəmində nifrət dolu çağırışlar isə təkcə iki qonşu ölkə olan Azərbaycanla Ermənistan arasında deyil, bütövlükdə regionda dayanıqlı sülhün və əmin-amanlığın təmin olmasına əngəl törədir", – deyə o qeyd edib.

Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Proqramçılar üçün TOP-5 Freelance sayt
Biznes plan necə yazılır?
Biznes təlimlər və tədris üsulları
Evdə biznes qurmağın yolları
ƏDV geri al və onun üstünlükləri