OPEC 2023-cü ildə təşkilatdan kənarda neft hasilatı ilə bağlı proqnozunu artırıb
Təşkilatın hesabatına görə, OPEC-ə daxil olmayan ölkələrin neft hasilatı 2023-cü ildə gündəlik 1.8 milyon barel arta bilər. 2024-cü ildə təşkilatdan kənar neft hasilatının artımı proqnozu eyni səviyyədə saxlanılıb – sutkada 1.4 milyon barel. Eyni zamanda, proqnozlara görə, ABŞ göstəricinin artmasına ciddi töhfə verəcək.
OPEC-in məlumatına görə, ABŞ avqust ayında neft hasilatını rekord səviyyəyə çatdırıb və göstərici əvvəlki 13 milyon bareldən bir qədər yuxarı qalxıb. Avqustda maye karbohidrogenlərin ümumi hasilatı təqribən 21.2 milyon tona yüksəlib. OPEC qeyd edir ki, təşkilatdan kənar neft hasilatının artmasına Braziliya, Qazaxıstan, Norveç, Qayana, Meksika və Çin də nail olunacaq.
2024-cü ildə OPEC-ə daxil olmayan ölkələr arasında neft hasilatının sutkada 1.4 milyon barel artımı ABŞ, Kanada, Qayana, Braziliya, Norveç və Qazaxıstan hesabına gözlənilir. Eyni zamanda, göstəricidə ən böyük azalmanın Meksika və Malayziyada olacağı deyilir. OPEC-dən kənarda maye karbohidrogenlərin hasilatı üzrə proqnoz sutkada 100 min barel artırılıb.
OPEC 2023-cü ildə qlobal neft tələbatının artımı ilə bağlı proqnozunu yaxşılaşdırıb. Təşkilat həmçinin Rusiyada maye karbohidrogen hasilatı üzrə proqnozunu 2023-cü ildə gündə 80 min barel, 2024-cü ildə isə 100 min barel artırıb. Proqnoz Rusiyanın könüllü olaraq neft hasilatını azaltmasını nəzərə alır. / banker.az

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Dünyanın ən çox maaş verən şirkətləri
İnstaqramda biznes qurmağın yolları
CV-nin tərtib edilməsi prinsipləri
İKEA şirkətinin tarixi