OPEC: 2045-ci ilə qədər neftə tələbat gündəlik 110 mln. barelə çatacaq

OPEC: 2045-ci ilə qədər neftə tələbat gündəlik 110 mln. barelə çatacaqNeft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 20 il sonra qlobal neft tələbinin gündəlik 110 milyon barelə yüksələcəyini, dünyanın enerji tələbatının isə 23 faiz artacağını açıqlayıb.
Bu barədə OPEC-in baş katibi Haysam əl-Qays məlumat verib.
Haysam əl-Qays neftdən asılılığın yaxın gələcəkdə də davam edəcəyini bildirib: "Biz 2045-ci ilə qədər qlobal neft tələbinin gündə 110 milyon barelə yüksələcəyini proqnozlaşdırırıq. O vaxta qədər neftin qlobal enerji balansında payı 29 faiz səviyyəsində olacaq".
Yaşıl enerjiyə qoyulan bütün sərmayələrə baxmayaraq, neftdən asılılığın davam edəcəyinə diqqət çəkən əl-Qays deyib: "2030-cu ilə qədər qlobal inkişafın davam etməsi nəticəsində dünyada yarım milyard insanın şəhərlərə köçəcəyini təxmin edirik. Beləliklə, dünyanın daha çox neftə ehtiyacı olacaq".
OPEC-in baş katibi bərpaolunan enerji ilə bağlı fikirlərini də bölüşüb. Bərpaolunan enerji mənbələrinin gələcəkdə dünyanın enerji kompleksində daha böyük rol oynayacağını qeyd edən baş katib, OPEC-ə üzv olan bəzi ölkələrin bu sahəyə artıq "əhəmiyyətli investisiyalar yatırdığını" diqqətə çatdırıb. / banker.az

Xəbərlər     Tarix: 04 iyul 2023

Oxşar xəbərlər

Müəssisələr vəsaitlərini qanundankənar xərcləyə bilər - Yeni təklif

"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) müəssisələrinə öz vəsaitlərini dövlət satınalmalarından kənar xərcləmək hüququ verilə bilər". Azərbaycanda 7 ayda haqsız rəqabətlə bağlı 37 subyekti

Böyük Britaniyanın sənaye istehsalı ən kəskin şəkildə azalıb

Böyük Britaniyanın istehsal sektoru noyabr ayının sonunda bitən üç ayda 2020-ci ilin avqust ayından bəri ən kəskin azalma qeydə alıb. İstehsalın azalması gələn həftənin illik büdcəsi öncəsi qeyri-müəyyənlikdən qaynaqlanıb

Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT

2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind

Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər

Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan bir sıra müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında qərar qəbul edib. xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb

Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb

Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c

Yaponiya 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib

Yaponiyada Baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi kabinet 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib. xəbər verir ki, bu, genişlənən maliyyə siyasəti həyata keçirəcəyinə söz verən yeni liderin il

Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət

Bəzi hallarda saytlara giriş MƏHDUDLAŞDIRILACAQ - Qanun DƏYİŞDİ

Azərbaycanda bəzi informasiyaların yerləşdirilməsinə görə saytlara məhdudlaşdırma tətbiq ediləcək. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Cinayət, Cinayət-Prosessual Məcəllələrinə və "İnformasiya, informasiyalaşdırm

Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq

30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind


iqtisadi xeberler birbank en son xeberler bitkoin dollar mezenne