Ötən ay dünyada ərzaq qiymətlərində ucuzlaşma olub

Ötən ay dünyada ərzaq qiymətlərində ucuzlaşma olubDekabr ayında dünyadakı ərzaq qiymətlərinin indeksi əvvəlki ayla müqayisədə 1,5 faiz azalıb, şəkərin qlobal qiymətlərində kəskin azalma baş verib.
FAO indeksi ötən ilin dekabr ayı ilə müqayisədə 10,1 faiz aşağı düşüb.
Taxılın – buğda, qarğıdalı, düyü və arpanın qiymətlərində 1,5 faiz artım qeydə alınıb. FAO-nun yaydığı məlumatda qeyd edildiyi kimi, bu, qismən əsas ixracatçı ölkələrin tədarükünə mane olan logistika çatışmazlığı ilə əlaqədardır. Bununla yanaşı, taxıl üçün də 12 aylıq orta qiymət göstəricisi keçən il ilə müqayisədə 15,4 faiz azalıb. 2023-cü ildə yalnız düyünün qiyməti, əsasən, El Nino təbii fenomeninin düyü istehsalına təsiri və Hindistanın tətbiq etdiyi ixrac məhdudiyyətləri ilə bağlı narahatlıqlar səbəbindən bahalaşıb.
Bitki yağı noyabr ayı ilə müqayisədə 1,4 faiz ucuzlaşıb, ümumilikdə isə 2023-cü ildə bu göstərici əvvəlki illə müqayisədə 32,7 faiz aşağı düşüb.
Şəkər qiymətləri üzrə indeks noyabr ayı ilə müqayisədə 16,6 faiz azalaraq doqquz aylıq minimuma çatıb, lakin bu rəqəm hələ də 2022-ci ilin dekabr ayındakı göstəricidən 14,9 faiz çoxdur. Şəkər kotirovkalarının aşağı düşməsi, əsasən, Braziliyada yüksək istehsal templəri və Hindistanda etanol istehsalı üçün şəkər qamışından istifadənin azalması ilə əlaqədardır.
Ət qiymətləri üzrə indeks isə cari ilin noyabr ayı ilə müqayisədə 1 faiz, 2022-ci ilin dekabr ayı ilə müqayisədə 1,8 faiz azalıb. FAO-nun məlumatına əsasən, bu, Asiya ölkələrinin donuz ətinə idxal tələbatının az olması ilə əlaqədardır. İri istehsal bölgələrində bol ixrac tədarükünə baxmayaraq, mal və quş ətinə də müştərilərin tələbatı azalmağa doğru gedib. Qoyun ətinin qiymətləri, əksinə, bayram günləri ərəfəsində yüksəlib.
Ümumi tendensiyanın əksinə olaraq, süd məhsulları üzrə qiymət indeksi noyabr ayı ilə müqayisədə 1,6 faiz artıb, lakin onun qiyməti hələ də 2022-ci ilin dekabrındakı göstəricidən 16,1 faiz azdır. Aylıq artım, Qərbi Avropada bayram günləri ərəfəsində yüksək istehlakçı tələbatının olduğu kərə yağı və pendir qiymətlərinin artması ilə əlaqədardır. FAO-nun məlumatına əsasən, eyni zamanda, yüksək qlobal idxal tələbi bütün dünyada quru süd tədarükünün artmasına səbəb olub. / banker.az

Maraqlı     Tarix: 13 yanvar 2024

Oxşar xəbərlər

Apple tarixində ilk qatlanan iPhone-u təqdim etdi — iPhone Duo

Apple ilk qatlanan iPhone-un yeni detallarını açıqladı. Apple ilk qatlanan smartfonu iPhone Duo-nun yeni texniki xüsusiyyətlərini açıqlayıb. iPhone Duo qapalı vəziyyətdə 5,4 düymlük xarici ekrana malikdir. Telefon açıldıqd

Çinin elektromobil istehsalçıları avtomobil bazarı zəiflədikcə humanoid robotlara yönəlir

Çin şirkətləri on il əvvəl elektrik avtomobilləri sektoruna sürətlə daxil olmuşdular. İndi isə elektromobil bazarında sərt rəqabət fonunda artımın zəifləməsi onları humanoid robotlar (insanabənzər robot) sahəsinə yönəldir

Sibirdə şübhəli hadisə taunla bağlı narahatlığı artırıb – xəstəlik haqqında nə bilirik?

— Taun tarixdə ən çox qorxu doğuran xəstəliklərdən biridir və on milyonlarla insanın ölümünə səbəb olmuş pandemiyalarla yadda qalıb. Bu gün insanlarda taun hallarına nadir rast gəlinir və adətən antibiotiklərlə müalicə olun

XXI əsrin mərkəzi bankı necə olmalıdır?

Müəllif: Daniel Moss, Bloomberg Opinion-un köşə yazarı, Asiya iqtisadiyyatları üzrə ekspert. Daha əvvəl Bloomberg News-da iqtisadiyyat üzrə icraçı redaktor olub. Dünyanın ən nüfuzlu maliyyə institutları zamanın gerisind

Etimad böhranı və 40 trilyon dollarlıq borc: dünya iqtisadiyyatı niyə ABŞ-dən uzaqlaşır?

Amerikanın qlobal iqtisadi sabitliyin dayağı kimi mövqeyi əvvəlki qədər möhkəm görünmür. Tramp administrasiyası artan dövlət borcu ilə üzləşir və sanksiyalardan xarici siyasət aləti kimi daha fəal istifadə edir. Müəllif

Xaricdə təhsil alanlar üçün mühüm tarix – DİM imtahan keçirəcək

Sentyabrın 29-da xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçiriləcək. Bu barədə DİM-dən məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixl

"McDonald’s Azərbaycan" Badamdar qəsəbəsində yeni restoran açıb - FOTO

"McDonald’s Azərbaycan" şəbəkəsini genişləndirərək paytaxt sakinlərini sevindirməyə davam edir: şirkətin 35-ci restoranı Badamdar qəsəbəsində, Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 210-cu giriş ünvanınd

Ötən il Qərbi Kaspi Universiteti 5 milyon manata yaxın mənfəət əldə edib

Qərbi Kaspi Universitetinin 2025-ci ildə ümumi gəlirləri 14 milyon 172,5 min manat, vergitutma məqsədləri üçün mənfəəti isə 4 milyon 963,1 min manat təşkil edib. Universitetin təqdim etdiyi mənfəət vergisi bəyannaməsind

ÜDM üçün tələ: süni intellekt köpüyü niyə iqtisadçıları əvvəlkilərdən daha çox qorxudur?

ABŞ fond bazarı yüksəlişdədir və bu artımın əsas lokomotivi süni intellektdir. Texnologiya nəhəngləri süni intellekt mütəxəssislərini öz tərəflərinə çəkmək, çipləri kütləvi şəkildə almaq və məlumat mərkəzləri tikmək üçü


iqtisadi xeberler en son xeberler birbank emlak xeberleri investisiya