Ötən ay Türkiyədə Azərbaycan kapitalı ilə qeydiyyata alınan şirkətlərin sayı - AÇIQLANIB
2023-ci ilin sentyabr ayında Türkiyədə Azərbaycan kapitalı ilə 205 şirkət qeydiyyata alınıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 45 şirkət azdır.
Kəngərlidə 10 manat sərmayə ilə yeni - AUDİT ŞİRKƏTİ YARADILIB
FED.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.
Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan Azərbaycan şirkətlərinin sayının azalmasına baxmayaraq, onların ümumi kapitalı artıb.
"Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 312,2 milyon türk lirəsi olduğu halda, 2022-ci ilin eyni dövründə bu rəqəm 99,9 milyon türk lirəsi təşkil edib"-deyə TOBB-dan bildirilib.
TOBB-dan o da qeyd olunub ki, 2023-cü ilin sentyabr ayında Azərbaycan şirkətlərinin əksəriyyəti İstanbulda (171) qeydiyyata alınıb.
"İstanbulda qeydiyatdan keçən Azərbaycan şirkətlərinin ümumi kapitalı 290,4 milyon türk lirəsi təşkil edib" –deyə TOBB-dan bildiriblər.
Qeyd olunub ki, 2023-cü ilin sentyabr ayında Türkiyədə Azərbaycan kapitalı ilə 111 topdan və pərakəndə ticarət şirkəti qeydiyyata alınıb.
Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir. (Trend)

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Kriptovalyuta nədir və necə alınır?
Yatırım olmadan necə biznes qurmaq olar?
Digital Card nədir?
Ən çox gəlir gətirən onlayn bizneslər
Elon Musk kimdir?