Ötən il KOB evlərində sahibkarlara 543 mindən çox xidmət göstərilib
2025-ci ildə sahibkarlara vahid məkanda xidmətlərin göstərildiyi KOB evlərində ümumilikdə 543 033 xidmət göstərilib. Sahibkarlar KOB evlərinə daha çox biznes fəaliyyəti üçün zəruri sənədlər və vergi məsələləri ilə bağlı müraciət ediblər.
Sahibkarlar üçün daha 9 istiqamət üzrə daxili bazar araşdırması aparılıb
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən biznes və maliyyə xəbərləri portalına bildirilib ki, bu xidmətlərin 327 minə yaxını "Bakı KOB evi"nin, 131 mindən çoxu "Yevlax KOB evi"nin, 18 minə yaxını "Xaçmaz KOB evi"nin, 67 mindən çoxu isə "Xaçmaz KOB evi"nin "Food City" Aqroparkında yerləşən xidmət mərkəzinin payına düşür.
KOB evlərində sahibkarlara göstərilmiş xidmətlərin 496 minə yaxını dövlət qurumları ("G2B"), 47 mindən çoxu isə biznes qurumları ("B2B") tərəfindən təqdim edilib.
Sahibkarlar KOB evlərinə daha çox yükdaşımaları həyata keçirmək üçün icazə blankı, fərqlənmə nişanı, mənşə sertifikatı, fiziki şəxsin vergi uçotuna alınması və vergi ilə bağlı digər məsələlər, gömrük, kommunal, bank xidmətlərindən istifadə üçün müraciət ediblər.
Sahibkarların KOB evlərində göstərilən xidmətlərdən məmnunluq səviyyəsi 98% təşkil edib.
Qeyd edək ki, KOB evləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin strukturuna daxildir. KOB evlərində ümumilikdə 50-dən çox dövlət və özəl qurum tərəfindən sahibkarlıq fəaliyyəti üçün zəruri olan 400-dən çox "G2B" və "B2B" xidmətlər göstərilir. / fed.az

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
1000 manatla hansı biznesi qurmaq olar?
ZARA-nın uğur hekayəsi
Ən bahalı otellər hansılardır?
Kriptovalyuta nədir?
Biznesə aid ən yaxşı 10 kitab