Özbəkistanda təbii qazın hasilatı azalıb
Milli Statistika Agentliyinin iyunun 22-də dərc edilmiş məlumatına görə, 2024-cü ilin yanvar-may aylarında Özbəkistanda təbii qazın hasilatı 18,8 milyard kubmetr təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 5,2 faiz azalıb.
Nəşrlərdə bildirilir ki, neftin hasilatı da 327,6 min tondan 305 min tona qədər azalıb. Hesabat dövrü üzrə kömürün də hasilatı aşağı düşüb: 1,97 milyon tondan 1,9 milyon tona.
Eyni zamanda, Statistika Agentliyinin hesabatına görə, bu ilin ilk beş ayı ərzində Özbəkistan qaz kondensatı hasilatını 527,5 min tona qədər artırıb, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3,2 faiz çoxdur. / banker.az
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb
Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır
Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb
Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq
30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind