Pakistan Rusiya neftinin tədarükünə başlayır
İslamabad Rusiyadan ilk neft partiyasını bir həftədən sonra idxal etməyə başlayacaq və münasib qiymət şərti ilə tədarükü artırmağa hazırdır.
"Dawn" qəzeti bu barədə Pakistanın neft naziri Musadiq Malikə istinadla məlumat yayıb. Onun sözlərinə görə, gəmilər artıq Omana çatıb və bir həftədən sonra ucuz Rusiya neftinin Pakistana tədarükü başlanacaq.
Nazir Pakistanın Rusiyadan neft tədarükünü artırmağa hazır olub-olmaması sualına cavab verərkən deyib: "Əgər biz ucuz enerji mənbəyi tapsaq, tədarükü artıra bilərik".
Enerjidaşıyıcıları çatışmazlığından əziyyət çəkən Pakistanın neft-kimya sahəsində xarici asılılığı 84 faizə çatır. Ölkənin yanacaq bazarının əsas hissəsini Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri tutur. Rusiyadan neft idxalı İslamabadın yanacaq çatışmazlığının azaldılması üzrə strategiyasının bir hissəsidir. Pakistan gələcəkdə neftə olan tələbatının 35 faizini Rusiyadan tədarüklər hesabına təmin etməyi hədəfləyir. / banker.az

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
Dünyanın ən zəngin idmançıları
SMM nə deməkdir?
SWIFT nədir?
Kriptovalyuta nədir və necə alınır?
İKEA şirkətinin tarixi