"PAŞA Bank" səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib

Ölkənin aparıcı korporativ maliyyə institutu "PAŞA Bank" səhmlərinin İlkin Kütləvi Təklif (beynəlxalq terminologiyada: IPO – Inital Public Offering) üsulu ilə yerləşdirilməsinə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib.
28 yanvar 2026-cı il tarixində "Four Seasons" otelində keçirilən tədbirdə Bankın İdarə Heyətinin sədri və baş icraçı direktoru Cavid Quliyev qeyd edib ki, təşəbbüs maliyyə dayanıqlığının daha da gücləndirilməsi, şəffaflığın artırılması və kapital bazarının inkişafına töhfə vermək məqsədi daşıyır.
Cavid Quliyev bildirib ki, səhmlərin İlkin Kütləvi Təklif üsulu ilə yerləşdirilməsi Bank üçün növbəti strateji inkişaf mərhələsidir: "IPO prosesinə qoşulan ilk özəl Bank məhz "PAŞA Bank"dır. "Paylaşdıqca, böyüyürük. Birlikdə." şüarı ilə keçirilən səhmlərinin yerləşdirilməsi, bankımıza daha şəffaf, dayanıqlı və investorlar üçün uzunmüddətli dəyər yaradan bir maliyyə institutu kimi fəaliyyətini genişləndirmək imkanı verir. Hazırkı mərhələdə yerləşdirilməsi nəzərdə tutulan səhmlərin həcmi Bank kapitalının 5 faizinə bərabər olmaqla, 932 926 ədəd adi, adlı səhmdən ibarətdir."
O, qeyd edib ki, "PAŞA Bank" hər zaman real sektorun etibarlı maliyyə tərəfdaşı olub və bu missiyanı uğurla davam etdirir.
"İllər ərzində dayanıqlı və məqsədyönlü inkişaf bizim səhm bazarına çıxışımıza təkan oldu. Bu addım ölkə iqtisadiyyatına, xüsusilə də qeyri-neft sektorunun inkişafına daha güclü töhfə verməmiz üçün yeni fürsətlər yaradır," – deyə, Bankın baş icraçı direktoru vurğulayıb.
Qeyd edək ki, "PAŞA Bank" 2007-ci ildə yaradılmış Azərbaycanın aparıcı korporativ maliyyə institutlarından biridir. Bank korporativ və kiçik və orta biznes müştərilərinə investisiya bankçılığı, ticarətin maliyyələşdirilməsi, aktivlərin idarə edilməsi və klassik bank xidmətləri təqdim edir. Fəaliyyətinin əsas məqsədi qeyri-neft sektorunun inkişafına dəstək vermək, real sektor bizneslərinin maliyyə ehtiyaclarını qarşılamaq və ölkə iqtisadiyyatının şaxələndirilməsinə töhfə verməkdir. "PAŞA Bank" Azərbaycanla yanaşı Gürcüstan və Türkiyədə də xidmət göstərir.
Bank 2024–2025-ci illərdə yerli sahibkarlığın inkişafına verdiyi töhfələrə görə "Euromoney", "International Investor" və "Global Finance" kimi nüfuzlu beynəlxalq nəşrlər tərəfindən müxtəlif mükafatlarla, o cümlədən "Ən yaxşı KOS bankı" və "World"s Best Private Banks 2025" kimi titullarla təltif olunub. 2025-ci ildə "Stevie Awards" tərəfindən "İlin şirkəti" nominasiyasında "Gold Stevie" mükafatını qazanan ilk Azərbaycan bankı olub.
/ marja.az

Banklar     Tarix: 28 yanvar 2026

Oxşar xəbərlər

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

Bank of Baku-dan növbəti ağacəkmə aksiyasını təşkil etdi

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu


iqtisadi xeberler kripto bu gunun xeberleri rubl mezenne investisiya