"PAŞA Bank"ın dəstəyi ilə nəşr edilmiş "Proqramlaşdırma yarışlarına hazırlıq" kitabının təqdimatı keçirilib

Dekabrın 14-də Azərbaycanın aparıcı korporativ maliyyə institutu "PAŞA Bank"ın dəstəyi ilə nəşr edilmiş "Proqramlaşdırma yarışlarına hazırlıq" kitabının təqdimatı keçirilmişdir.
Kitab ölkədə yarış proqramlaşdırmasının əsasını qoymuş, Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycan komandasına rəhbərlik etmiş görkəmli alim və pedaqoq Ramin Mahmudzadəyə həsr edilmişdir.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
ADA Universitetində keçirilən təqdimat mərasiminə Milli Məclisin üzvləri, Elm və Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnformasiya Texnologiyaları İnstitutu, Təhsil İnstitutu, Dövlət İmtahan Mərkəzi, "PAŞA Bank" və ADA Universitetinin nümayəndələri, digər universitetlərin rektorları və İT kafedralarının rəhbərləri dəvət olunublar.
Kitabın təqdimat mərasimində "PAŞA Bank"ın texnologiya blokunun baş direktoru Vüsal Xəlilov müasir Azərbaycanda informatika və proqramlaşdırma elmlərinin inkişafında, bu sahədə saysız gənc kadrların peşəkar kimi yetişməsində və onların gələcək uğurlarında Mahmudzadənin müstəsna rolunu qeyd etmişdir.
"Uzun illərdir ki, həm ölkədə, həm də xaricdə beynəlxalq şirkətlərdə Ramin müəllimin xeyli sayda yetirməsi yüksək peşəkarlıq tələb edən vəzifələrdə çalışırlar. Bu gün aramızda olmasa da, düşünürəm ki, bundan sonra da İKT sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasında Ramin müəllimin zəhməti daha çox bəhrə verəcəkdir. Əminəm ki, PAŞA Bankın dəstəyi ilə nəşr edilmiş bu kitab Azərbaycanın istənilən guşəsində olan məktəbli və tələbəyə öz doğma dilində fundamental biliklərə yiyələnməkdə kömək edəcəkdir," - deyə, Xəlilov bildirib.
Qeyd edək ki, İsmayıl Sadiqov (Calallı) və Mixail Medvedyev tərəfindən yazılmış kitabda proqramlaşdırma olimpiadalarının keçirilmə mexanizmi və onlara necə hazırlaşmaq yolları ətraflı təsvir edilir və əsas mövzuların və alqoritmlərin təhlili verilir. Nəşr ilk növbədə proqramlaşdırma müsabiqələrinə hazırlaşan şagird və tələbələr, onların müəllimləri üçün nəzərdə tutulmuşdur. Kitab həmçinin dərs vəsaiti olaraq informatika təmayüllü liseylər, ali və orta ixtisas təhsilli müəssisələrinin İKT ixtisaslarının tələbələri üçün də faydalı olacaqdır. 
/ marja.az

Maraqlı     Tarix: 15 dekabr 2023

Oxşar xəbərlər

Apple tarixində ilk qatlanan iPhone-u təqdim etdi — iPhone Duo

Apple ilk qatlanan iPhone-un yeni detallarını açıqladı. Apple ilk qatlanan smartfonu iPhone Duo-nun yeni texniki xüsusiyyətlərini açıqlayıb. iPhone Duo qapalı vəziyyətdə 5,4 düymlük xarici ekrana malikdir. Telefon açıldıqd

Çinin elektromobil istehsalçıları avtomobil bazarı zəiflədikcə humanoid robotlara yönəlir

Çin şirkətləri on il əvvəl elektrik avtomobilləri sektoruna sürətlə daxil olmuşdular. İndi isə elektromobil bazarında sərt rəqabət fonunda artımın zəifləməsi onları humanoid robotlar (insanabənzər robot) sahəsinə yönəldir

Sibirdə şübhəli hadisə taunla bağlı narahatlığı artırıb – xəstəlik haqqında nə bilirik?

— Taun tarixdə ən çox qorxu doğuran xəstəliklərdən biridir və on milyonlarla insanın ölümünə səbəb olmuş pandemiyalarla yadda qalıb. Bu gün insanlarda taun hallarına nadir rast gəlinir və adətən antibiotiklərlə müalicə olun

XXI əsrin mərkəzi bankı necə olmalıdır?

Müəllif: Daniel Moss, Bloomberg Opinion-un köşə yazarı, Asiya iqtisadiyyatları üzrə ekspert. Daha əvvəl Bloomberg News-da iqtisadiyyat üzrə icraçı redaktor olub. Dünyanın ən nüfuzlu maliyyə institutları zamanın gerisind

Etimad böhranı və 40 trilyon dollarlıq borc: dünya iqtisadiyyatı niyə ABŞ-dən uzaqlaşır?

Amerikanın qlobal iqtisadi sabitliyin dayağı kimi mövqeyi əvvəlki qədər möhkəm görünmür. Tramp administrasiyası artan dövlət borcu ilə üzləşir və sanksiyalardan xarici siyasət aləti kimi daha fəal istifadə edir. Müəllif

Xaricdə təhsil alanlar üçün mühüm tarix – DİM imtahan keçirəcək

Sentyabrın 29-da xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçiriləcək. Bu barədə DİM-dən məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixl

"McDonald’s Azərbaycan" Badamdar qəsəbəsində yeni restoran açıb - FOTO

"McDonald’s Azərbaycan" şəbəkəsini genişləndirərək paytaxt sakinlərini sevindirməyə davam edir: şirkətin 35-ci restoranı Badamdar qəsəbəsində, Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 210-cu giriş ünvanınd

Ötən il Qərbi Kaspi Universiteti 5 milyon manata yaxın mənfəət əldə edib

Qərbi Kaspi Universitetinin 2025-ci ildə ümumi gəlirləri 14 milyon 172,5 min manat, vergitutma məqsədləri üçün mənfəəti isə 4 milyon 963,1 min manat təşkil edib. Universitetin təqdim etdiyi mənfəət vergisi bəyannaməsind

ÜDM üçün tələ: süni intellekt köpüyü niyə iqtisadçıları əvvəlkilərdən daha çox qorxudur?

ABŞ fond bazarı yüksəlişdədir və bu artımın əsas lokomotivi süni intellektdir. Texnologiya nəhəngləri süni intellekt mütəxəssislərini öz tərəflərinə çəkmək, çipləri kütləvi şəkildə almaq və məlumat mərkəzləri tikmək üçü


iqtisadi xeberler en son xeberler birbank emlak xeberleri investisiya