"Paşa Holdinq" gəlirlərini və şirkətlərini açıqladı - MƏBLƏĞLƏR, ƏTRAFLI

Azərbaycanın ən böyük biznes-maliyyə qrupu olan "PAŞA Holding" 2024-cü ilin yekunları üzrə əsas göstəricilərini açıqlayıb.
FED.az xəbər verir ki, "PAŞA Holding" öz törəmə şirkətləri vasitəsi ilə ölkə iqtisadiyyatının bütün əsas sahələrində - bankçılıq, sığorta, tikinti, kənd təsərrüfatı, qida, informasiya texnologiyaları, fintex, daşınmaz əmlak və turizm sektorlarında təmsil olunur.
Şirkətin açıqladığı ənənəvi illik bəyanatda deyilir ki, 2006-cı ildən etibarən fəaliyyətə başlayan Holdinqdə iki növ investisiya portfeli mövcuddur: PAŞA Holdinq və törəmə şirkətlərində (PAŞA Qrup) səhmlərin nəzarət payı və kiçik özəl kapital investisiyaları.
Beləliklə, yeni rəqəmlərə əsasən, "Paşa Holding" ötən il bir qədər də böyüyərək 23 milyard manatı keçib.
Belə ki, 2024-cü ildə holdinqin aktivləri 2,8 milyard manat artaraq 23,3 milyard manata çatıb. Xatırladaq ki, 2023-cü ildə Holdinqin aktivləri 20,5 milyard manat idi.
2024-cü ildə "Paşa Holdinq"in cəmi kapitalı 150 milyon manat artaraq 2,98 milyard manata yüksəlib. Bir il əvvəl bu göstərici 2,83 milyard manat idi.
Ötən il Holdinqin ümumi gəlirləri növbəti rekord vuraraq 3,07 milyard manata çatıb. 2023-cü ildə Holdinqin ümumi 2.4 milyard manat idi.
Holdinqin böyüməsi ilə onun əməkdaşlarının sayı da artmaqdadır.
2023-cü ilin sonunda "Paşa Holdinq"də 20 min nfəər çalışdığı halda, hazırda "Paşa"ya daxil olan irili-xırdalı şirkət və müəssisələrdə ümumilikdə 22 min nəfər işləyir. Bu göstərici ilə "Paşa Holdinq" özəl qurumlar arasında ölkənin ən byöük işə götürəninə çevrilib.
"Paşa Holdinq" çoxsaylı sektorlarda nəzarət paketi sahibi, investisiya sahibi və ya partner qismində təmsil olunsa da, onun biznesinin əsasını maliyyə-bank qanadı təşkil edir.
Hazırda "Paşa Holdinq" MMC-nin aidiyyatlı şəxslərinə aid digər maliyyə qurumlarını nəzərə almasaq, birbaşa "Paşa Holdinq" MMC-nin tərkibində 4 bank var. Bunlar "Paşa Bank Azərbaycan", "Paşa Bank Türkiyə", "Paşa Bank Gürcüstan" və "Kapital Bank"dır.
Yerli bazarda 2 bankla təmsil olunan Holdinq ölkənin bank sektorunda payı 37%-ə çatır. 2023-cü ilin sonunda "Paşa"nın bankları bank sektorunun 35,2%-ni təşkil edirdisə, 2024-cü ilin sonunda bu göstərici 26,97%-ə çatıb.
Bundan başqa, "Umico", "M10", "Paşa Pay" kimi şirkətlərində iştirakıilə yaradılan müasir texnoloji "Bir" ekosistemi də "Paşa Holdinq"ə məxsusdur.
"Paşa Holdinq" Azərbaycanın sığorta bazarında da aparıcı mövqeyə sahibdir. Holdinqə daxil olan "Paşa Sığorta" və "Paşa Həyat Sığorta"nın yığımlar üzrə payı ümumi bazarın 70%-ə çatır.
Ölkənin kapital bazarında isə Holdinq "Paşa Kapital" kimi texnoloji inkişaf etmiş müasir şirkətlə təmsil olunur.
Turizm sektorunda "Abşeron Hotel Qrup" və "Paşa Travel", inşaat sektorunda "Paşa İnşaat", əmlak idarəçiliyində "Paşa Development" və sair şirkətlər Holdinqin iqtisadiyyatın müxtəlif sahələrindəki aktivlərinin əsasını təşkil edir.

Biznes     Tarix: 02 iyul 2025

Oxşar xəbərlər

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub

"Azərsun Holdinq"in tərkibində fəaliyyət göstərən "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2026-c

Gürcüstanda Azərbaycan sərmayəli şirkətlərin sayı 5 500-ü ötüb

Gürcüstanda fəaliyyət göstərən Azərbaycan investisiyalı şirkətlərin sayı 5 500-ü ötüb. Hökumət: Gürcüstanda iqtisadi fəallığın artması Azərbaycana da sərf edir. xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfir

Londondakı yeganə Azərbaycan restoranından - REPORTAJ - FOTOLAR

Sonuncu dəfə nə vaxt dovğa yediyimi xatırlamıram. Dovğa elə yeməklərdəndir ki, hazırlanması həm vaxt, həm də böyük zəhmət tələb edir. Vətəndən uzaqda yaşayanda insan ailəsi üçün nə qədər darıxırsa, illərlə öyrəşdiyi doğm

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Azərbaycanda yerli və xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı rüsumsuz aparılacaq. xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik layihəsində əks olunub. İndiyədək, anca

Tenderyard Azərbaycanda alış-satışa yeni yanaşma - TƏQDİM EDİR

Azərbaycanda rəqəmsal ticarət imkanları genişləndikcə alıcı və satıcıların bir-biri ilə daha rahat əlaqə qurmasına imkan verən platformalara maraq artır.  xəbər verir ki, bu istiqamətdə fəaliyyət göstərənTenderyard.com alı

Azərbaycan şirkətinin təsisçisi – 40%-LİK PAYINI GERİ GÖTÜRÜR

"Amen" MMC-nin (VÖEN: 6404786371) təsisçilərindən biri şirkətdən ayrılıb. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin 100 manatlı

"Göygöl Şərab Zavodu"nun Müşahidə Şurası ilə bağlı qərar veriləcək

"Göygöl Şərab Zavodu" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək. xəbər verir ki, yığıncaq 6 noyabr 2026-cı il saat 11:00-da Göygöl şəhəri, Heydər Əliyev prospekti 2 ünvanında keçiriləcək. Yığıncağı

Oxford Economics "McDonald"s Azərbaycan"ın iqtisadiyyata təsirini araşdırıb

Beynəlxalq konsaltinq şirkəti olan "Oxford Economics" "McDonald"s"ın Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirib. xəbər verir ki, ictimaiyyətə təqdim olunan hesabata əsasən, şirkətin 2025-c

Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək

Müvafiq göstərişlər verildi ki, iqtisadi sahədə, o cümlədən ticarət dövriyyəsi sahəsində əməkdaşlıq intensivləşsin. xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatınd


iqtisadi xeberler 1000 manatla biznes kripto dollar manat kursu bitkoin