"PashaPay"də yeni təyinat olub
"PASHA Holding"in ödəmə sistemi bazarına girəndən sonra "MilliÖn"ə işçi axını davam edir.
Banker.az xəbər verir ki, Mustafa Hüseynov "PashaPay" MMC-nin Analitika departamentinin direktoru təyin edilib.
O, buna qədər "Azerconnect" MMC-də Müştəri dəyərinin idarə olunması bölməsinin rəhbəri vəzifəsində çalışırdı.
Xatırladaq ki, "PASHA Holding" ölkədə uzun müddətdir ödəmə sitemi kimi fəaliyətdə olan "Komtec LTD" MMC-ni satın aldı. Bununla da şirkət rebrendinq edərək "PashaPay" MMC kimi fəaliyətə başlayıb.
Mustafa Hüseynov 1985-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə Xüsusi İstedadlar Qrupunda bakalavriat və ardından magistratura təhsili alıb. ADA və ABŞ-ın Dyuk (Duke) Universitetinin ASEP proqramının məzunudur. M.Hüseynov Yüksəliş müsabiqəsinin qalibidir.
O, həmçinin indiyə qədər "Bank Respublika", "Azercell" və "Bakcell" kimi böyük şirkətlərdə çalışıb.
Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq
30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind
Qaz ödənişləri ilə bağlı YENİLİK
İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq
Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb
Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c
Azərbaycan nefti ucuzlaşıb
Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi
G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək
Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd