Payızlıq əkin sahələrinin sığortalanma müddəti uzadıldı

Payızlıq əkin sahələrinin sığortalanma müddəti uzadıldıAqrar Sığorta Fondu elan edir ki, əkin sahələrinin sığortası ilə bağlı müraciətlərin emalı müddəti 15 yanvar 2024-cü il tarixinədək davam edəcək. 
Əkin sahələrini bəyan edən fermerlərə həmin müddətə qədər sığorta ilə bağlı SMS bildirişlərinin göndərilməsi təmin ediləcək və onlar öz əkinlərini bu tarixə qədər sığorta edə biləcəklər. 
Fond bildirir ki, 2024-cü il 15 yanvar tarixinədək göndərilən SMS-lər üzrə 5 iş günü ərzində ödənişlərin edilməsi mümkün olacaq. 
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin «Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası»nda dəyişiklik edilməsi haqqında 1 sentyabr 2021-ci il tarixli Fərmanına əsasən, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rola malik olan bitkilər üzrə 10 hektardan artıq əkin sahələrinə əkin subsidiyaları aqrar sığorta olunmaqla verilir. 
Aqrar Subsidiya Şurası tərəfindən müəyyən edilən siyahıya əsasən buğda, arpa, çəltik, çay, limon, fındıq və qarğıdalı bitkiləri üzrə əkin subsidiyaları aqrar sığorta olunmaqla ödənilir.  
Fermerlərə dəstək məqsədilə sığorta haqqının 50%-i dövlət tərəfindən ödənilir. 
Aqrar Sığorta Fondunun göstərdiyi xidmət və sığorta məhsulları, eləcə də sığorta tarifləri barədə ətraflı məlumatı Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsindən və sosial media hesablarından əldə etmək mümkündür.  / marja.az

Banklar     Tarix: 20 dekabr 2023

Oxşar xəbərlər

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana


iqtisadi xeberler dollar kursu valyuta mezennesi biznes krediti birbank