Pirallahıda sahibkarlarla görüş keçirilib

Pirallahıda sahibkarlarla görüş keçirilibKiçik və Orta biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və Pirallahı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonda fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib.
FED.az xəbər verir ki, agentliyin məlumatına görə, tədbirdə sənaye, turizm, ictimai iaşə, pərakəndə ticarət sahələrində fəaliyyət göstərən 80-dən çox sahibkar, eləcə də dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov rayonda sahibkarlıq fəaliyyəti, əlverişli işgüzar mühitin yaradılması və mövcud imkanların reallaşdırılması üçün dövlətin dəstək alətləri barədə məlumat veriblər. Bildirilib ki, 2016-cı ildə yaradılmış Pirallahı Sənaye Parkı qeyri-neft sektorunun inkişafı, xüsusilə də sənaye və əczaçılıq sahəsində sahibkarlığın genişlənməsi üçün xüsusi imkanlar təqdim edir. Sənaye sahəsində istehsalın qurulması üçün sənaye parkının təklif etdiyi güzəştlər və infrastruktur önəmlidir. Sahibkarların müasir çağırışlara uyğun olaraq innovativ və rəqabətqabiliyyətli istehsala yatırım etməsi faydalıdır. Eyni zamanda rayonda fəaliyyət göstərən biznes subyektləri sənaye parkında fəaliyyət göstərən müəssisələrlə əməkdaşlıq imkanlarını dəyərləndirməlidir.
Rayonda yeni istehsal və xidmət sahələrinin yaradılması, eləcə də bu sektorlarda fəaliyyətin genişləndirilməsi zamanı bazar araşdırmasının aparılması vacibdir. Sahibkarların şəbəkələşməsi və birgə təşəbbüslərə açıq olması kooperasiya və yeni əməkdaşlıqlar baxımından əhəmiyyətlidir. Biznes sahəsindəki yeniliklər, dövlət dəstəyi alətləri barədə məlumatlandırma, əlaqələndirmə və məsləhət xidməti üçün sahibkarlar KOBİA-nın KOB dostu ofislərinə müraciət edə bilərlər.
Tədbir çərçivəsində sahibkarların maliyyəyə çıxış, ictimai iaşə sahəsində reklam yerləşdirilməsi, müxtəlif dəniz məhsullarının yetişdirilməsinə dəstək və digər məsələlərlə bağlı fikir və təklifləri dinlənilib, müvafiq məsələlər ətrafında müzakirələr aparılıb, sualları cavablandırılıb.
Həmçinin, KOBİA nümayəndələri Pirallahı Sənaye Parkında fəaliyyət göstərən "Diamed Co" MMC-nin şpris istehsalı müəssisəsində olub, istehsal prosesinə dair sahibkarla fikir mübadiləsi aparıblar.

Biznes     Tarix: 15 iyul 2025

Oxşar xəbərlər

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub

"Azərsun Holdinq"in tərkibində fəaliyyət göstərən "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2026-c

Gürcüstanda Azərbaycan sərmayəli şirkətlərin sayı 5 500-ü ötüb

Gürcüstanda fəaliyyət göstərən Azərbaycan investisiyalı şirkətlərin sayı 5 500-ü ötüb. Hökumət: Gürcüstanda iqtisadi fəallığın artması Azərbaycana da sərf edir. xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfir

Londondakı yeganə Azərbaycan restoranından - REPORTAJ - FOTOLAR

Sonuncu dəfə nə vaxt dovğa yediyimi xatırlamıram. Dovğa elə yeməklərdəndir ki, hazırlanması həm vaxt, həm də böyük zəhmət tələb edir. Vətəndən uzaqda yaşayanda insan ailəsi üçün nə qədər darıxırsa, illərlə öyrəşdiyi doğm

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Azərbaycanda yerli və xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı rüsumsuz aparılacaq. xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik layihəsində əks olunub. İndiyədək, anca

Tenderyard Azərbaycanda alış-satışa yeni yanaşma - TƏQDİM EDİR

Azərbaycanda rəqəmsal ticarət imkanları genişləndikcə alıcı və satıcıların bir-biri ilə daha rahat əlaqə qurmasına imkan verən platformalara maraq artır.  xəbər verir ki, bu istiqamətdə fəaliyyət göstərənTenderyard.com alı

Azərbaycan şirkətinin təsisçisi – 40%-LİK PAYINI GERİ GÖTÜRÜR

"Amen" MMC-nin (VÖEN: 6404786371) təsisçilərindən biri şirkətdən ayrılıb. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin 100 manatlı

"Göygöl Şərab Zavodu"nun Müşahidə Şurası ilə bağlı qərar veriləcək

"Göygöl Şərab Zavodu" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək. xəbər verir ki, yığıncaq 6 noyabr 2026-cı il saat 11:00-da Göygöl şəhəri, Heydər Əliyev prospekti 2 ünvanında keçiriləcək. Yığıncağı

Oxford Economics "McDonald"s Azərbaycan"ın iqtisadiyyata təsirini araşdırıb

Beynəlxalq konsaltinq şirkəti olan "Oxford Economics" "McDonald"s"ın Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirib. xəbər verir ki, ictimaiyyətə təqdim olunan hesabata əsasən, şirkətin 2025-c

Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək

Müvafiq göstərişlər verildi ki, iqtisadi sahədə, o cümlədən ticarət dövriyyəsi sahəsində əməkdaşlıq intensivləşsin. xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatınd


iqtisadi xeberler 1000 manatla biznes kripto dollar manat kursu bitkoin