Polkovnik: "Ermənilərin məqsədi beynəlxalq aləmin diqqətini regiona cəlb etməkdir"

Polkovnik: Bölgədə yaranan geosiyasi vəziyyət Ermənistanı qane etmədiyindən düşmən ölkə daim təxribatlar törətməkdə maraqlıdır. Daim manipulyasiya edən Ermənistan delimitasiya-demarkasiya işini ləngitməklə də, danışıqlara mane olur. Azərbaycan-Ermənistan sərhəddinin Laçın rayonu ərazisindəki sərhəd keçid məntəqəsində baş verən təxribat da buna sübutdur. Ardınca Zəngilanda başlayan qarşıdurma, Qarabağ ərazisindəki qanunsuz erməni silahlı birləşmələrinin fəallaşması Ermənistanın sülhə hazır olmadığını göstərir.
Bununla bağlı ehtiyatda olan polkovnik Şair Ramaldanov KONKRET.az-a açıqlama verib:
Polkovnik: "Sərhəddə yaşanan gərginlik mütamadi olur. Bu gərginliyin də bir neçə səbəbi və hədəfləri var. Ermənilər sülh müqaviləsinin bağlanmasından qaçmaq, manipulyasiya etmək üçün bu yoldan istifadə edirlər. Digər səbəb KTMT-ni regiona gətirmək, beynəlxalq aləmin diqqətini regiona cəlb etməkdir. Regionda maraqlı olan ölkələr də çoxdur. Bunlardan ən başlıcası Avropada birinci skripka rolu oynayan Fransanın bölgəyə olan maraqlarıdır. Regionda stabilliyə, sülhə mane olmaq istəyən qüvvələrin təsiri günbəgün artmaqdadır. O qüvvələr həm Ermənistanın içində, həm Ermənistandan kənardadır.
Bu gün geosiyasi arenada gedən proseslər, Rusiya və ona qarşı olan qüvvələrin maraqlarının bu regionda toqquşması gərginliyi saxlayır. Bunu həm də beynəlxalq güclərin Rusiyanı regiondan sıxışdırıb çıxartması kimi də qiymətləndirmək olar. Azərbaycanın daxilində Rusiya sülməramlı qüvvələrinin yerləşdiyi ərazidə və Qarabağ iqtisadi zonasında atəşkəsin pozulması, reinteqrasiya proseslərinin gecikməsi, qanunsuz erməni silahlılarının tərkisilah edilməsindəki ləngimələrdə Rusiyanın da maraqları var. Bununla da, Rusiya Azərbaycan ərazisində öz missiyasının uzadılması prosesini gizlətmir. Bunun üçün Rusiyanın bir yolu qalır, o da bölgədə vəziyyətin gərgin saxlanmasıdır. Hal hazırda təxribatların həm coğrafiyası genişlənir, həm də intensivliyi çoxalır. Danışıqların gedişi də sürətlənir. Bir platforma digərini əvəz edir. Moskva, Brüssel, Vaşinqton, Kişinyov danışıqları onu göstərir ki, artıq sülh müqaviləsinin bağlanmasında maraqlı olan qüvvələrin sayı çoxdur. Həmin qüvvələr Ermənistanı sülh müqaviləsini bağlamağa məcbur edirlər. Çünki regionun inkişafı, regionda olan qlobal proyektlər böyük dövlətlərin marağındadır. Bu proyektlərin işlənməsi üçün isə regionda sülh vacibdir".
Vəli Həsənov,
KONKRET.az

Xəbərlər     Tarix: 16 iyun 2023

Oxşar xəbərlər

Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI

Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v

Azərbaycan qızıl istehsalını yüksəldib

Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə

AQTA qəfil qaraja daxil olub - Minlərlə şübhəli məhsul tapılıb

Vətəndaş müraciəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, Minutka küçəsi ünvanında yerləşən "Best for Bar" MMC-yə məxsu

Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır

Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları (qanunla yalnız nağdsız həyata keçirilən ödənişlər) nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmı

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb

Ölkədə orta aylıq əməkhaqqı 7% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin


iqtisadi xeberler bu gunun xeberleri investisiya avtomobil xeberleri dollar mezenne