Tramp Çin hökumətini xarici şirkətlərə qarşı cavab addımları atmamağa çağırıb

Tramp Çin hökumətini xarici şirkətlərə qarşı cavab addımları atmamağa çağırıb"Çinin son vaxtlar dünya üzrə özəl şirkətlərə qarşı həyata keçirdiyi addımları, Amerika siyasətinə təsir göstərmək və qlobal təchizat zəncirlərinə nəzarəti ələ almağa yönəlmiş daha geniş iqtisadi təzyiq modelinin bir hissəsidir".

Biznes.az xəbər verir ki, bu barədə ABŞ-ın Ticarət Nümayəndəsi Ceymison Qrir (Jamieson Greer) bəyan edib. Onun sözlərinə görə, bu addımlar, xarici şirkətləri ABŞ-ın gəmiqayırma və digər strateji sənaye sahələrinə sərmayə qoymaqdan çəkindirir.

Qririn xəbərdarlığı, ABŞ ilə dünya gəmi istehsalının yarıdan çoxunu həyata keçirən və son illərdə Cənubi Çin dənizi üzərində nəzarətini artırmağa çalışan Çin arasında uzun müddətdir davam edən dənizçilik mübahisələrinin növbəti mərhələsidir. Bu mübarizənin qlobal iqtisadiyyata da təsiri var, çünki beynəlxalq ticarətin 80 faizindən çoxu dəniz nəqliyyatı vasitəsilə həyata keçirilir.

Qeyd edək ki, ABŞ dünyanın ən güclü donanmasına malik olsa da, nisbətən məhdud gəmi istehsal potensialına sahibdir. Buna görə də Tramp administrasiyası, dünyanın ikinci ən böyük gəmi istehsalçısı olan Cənubi Koreyadan sərmayə cəlb etməklə ABŞ-ın gəmiqayırma sənayesini gücləndirməyə çalışır.

Xəbərlər     Tarix: 21 oktyabr 2025

Oxşar xəbərlər

Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI

Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind

Gömrük qaydalarında dəyişiklik: Baş nazirdən yeni qərar

"Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat göndərilməli olan lisenziyaların və icazələrin Siyahısı"nda dəyişiklik olunub. xəbər veri

Qızılın qiyməti BAHALAŞDI

"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə

Böyük Britaniyanın sənaye istehsalı ən kəskin şəkildə azalıb

Böyük Britaniyanın istehsal sektoru noyabr ayının sonunda bitən üç ayda 2020-ci ilin avqust ayından bəri ən kəskin azalma qeydə alıb. İstehsalın azalması gələn həftənin illik büdcəsi öncəsi qeyri-müəyyənlikdən qaynaqlanıb

Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI

Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind

Azərbaycan qızıl istehsalını yüksəldib

Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə

Neft bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə

Aviabiletlər əlçatan olacaq: Azərbaycana aşağıbüdcəli aviaşirkətlər cəlb ediləcək

Azərbaycanda hava gəmisi istismarçılarının uçuş coğrafiyasının genişləndirilməsi, mövcud destinasiyalar üzrə uçuş tezliyinin, həmçinin aviabilet qiymətlərinə əlçatanlığın artırılması və regional hava limanlarının potensialında

Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət


iqtisadi xeberler online pul qazanmaq iqtisadiyyat xeberleri bitkoin valyuta xeberleri