"Poz-Qazan"da iyunda - 33 BÖYÜK UDUŞ QAZANILIB

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın "Poz-Qazan" oyunları iyun ayında rekord sayda böyük uduşlarla yadda qalıb.
FED.az xəbər verir ki, ötən ay nə az, nə çox düz 33 biletdə böyük uduş qeydə alınıb.
Ayın ən böyük uduşu Xırdalanda "10X" lotereyasından qazanılıb. Töhfə Səlimova 200 000 manat udaraq adını bəxtəvər qaliblər sırasına yazdırıb.
Yeni satışa çıxmış "Sür-Qazan" lotereyası isə düz 19 biletdə 10 000 manatlıq böyük uduşla sevindirib. Uduşlu biletlər Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Salyan, Zaqatala, Balakən, Cəlilabadda qazanılıb. Qaliblər sırasında Alıyar Mirzəyev, Elmir Cəbrayılov, Elnur Abdullayev, Lalə Mirzəyeva, Könül Tomuyeva, Bəxtiyar Abdullayev, Rafəddin Əliyev olub.
Bakıda "Xoşbəxt" lotereyası isə 50 000 manat böyük uduşla Gülməmməd Xəlillini xoşbəxt edib. "Xoşbəxt"də daha bir biletdə 5000 manat Qubada udulub. 
"Uğurlu 7" də bir biletdə 50 000, 3 biletdə isə 10 000 manatla uğur gətirib. Biletlər Bakı, Abşeron, Naxçıvan və Göyçayda alınıb.
"Prestij" lotereyasında da bir biletdə 50 000, 3 ədəd biletdə də 5 000 manat qazanılıb. Uduşlu biletlər Bakı və Bərdədən alınıb. Şanslı qaliblərdən biri Vəli Əliyev olub.
"Qızıl" lotereyasından 2 böyük uduş – 25 000 manat Bakı və Xaçmazda qazanılıb. Qaliblərdən biri Seymur Səmədov olub. Gəncədə "Xəmsə" lotereyası isə 5555 manatla sahibini sevindirib.
"Poz-Qazan" üzrə uduşlardan 4-ü OBA-da qeydə alınıb. Uduşlu biletlər OBA-nın İnşaatçılar metrostansiyası yaxınlığında, Hökməli, Mərdəkan qəsəbələrində və Cəlilabadda yerləşən mağazasından alınıb.
Qeyd edək ki, "Poz-Qazan" oyunlarında 5 000-dən 500 000 manatadək böyük uduşlar şanslı qaliblərin yolunu gözləyir. Biletləri "Azərlotereya"  satış nöqtələri və "Misli" məntəqələri, "Azərpoçt" şöbələri, şəhərimizin market və köşklərindən, eləcə də 1500-dən çox OBA mağazasından əldə etmək mümkündür.

Biznes     Tarix: 01 iyul 2025

Oxşar xəbərlər

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub

"Azərsun Holdinq"in tərkibində fəaliyyət göstərən "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2026-c

Gürcüstanda Azərbaycan sərmayəli şirkətlərin sayı 5 500-ü ötüb

Gürcüstanda fəaliyyət göstərən Azərbaycan investisiyalı şirkətlərin sayı 5 500-ü ötüb. Hökumət: Gürcüstanda iqtisadi fəallığın artması Azərbaycana da sərf edir. xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfir

Londondakı yeganə Azərbaycan restoranından - REPORTAJ - FOTOLAR

Sonuncu dəfə nə vaxt dovğa yediyimi xatırlamıram. Dovğa elə yeməklərdəndir ki, hazırlanması həm vaxt, həm də böyük zəhmət tələb edir. Vətəndən uzaqda yaşayanda insan ailəsi üçün nə qədər darıxırsa, illərlə öyrəşdiyi doğm

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Azərbaycanda yerli və xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı rüsumsuz aparılacaq. xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik layihəsində əks olunub. İndiyədək, anca

Tenderyard Azərbaycanda alış-satışa yeni yanaşma - TƏQDİM EDİR

Azərbaycanda rəqəmsal ticarət imkanları genişləndikcə alıcı və satıcıların bir-biri ilə daha rahat əlaqə qurmasına imkan verən platformalara maraq artır.  xəbər verir ki, bu istiqamətdə fəaliyyət göstərənTenderyard.com alı

Azərbaycan şirkətinin təsisçisi – 40%-LİK PAYINI GERİ GÖTÜRÜR

"Amen" MMC-nin (VÖEN: 6404786371) təsisçilərindən biri şirkətdən ayrılıb. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin 100 manatlı

"Göygöl Şərab Zavodu"nun Müşahidə Şurası ilə bağlı qərar veriləcək

"Göygöl Şərab Zavodu" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək. xəbər verir ki, yığıncaq 6 noyabr 2026-cı il saat 11:00-da Göygöl şəhəri, Heydər Əliyev prospekti 2 ünvanında keçiriləcək. Yığıncağı

Oxford Economics "McDonald"s Azərbaycan"ın iqtisadiyyata təsirini araşdırıb

Beynəlxalq konsaltinq şirkəti olan "Oxford Economics" "McDonald"s"ın Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirib. xəbər verir ki, ictimaiyyətə təqdim olunan hesabata əsasən, şirkətin 2025-c

Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək

Müvafiq göstərişlər verildi ki, iqtisadi sahədə, o cümlədən ticarət dövriyyəsi sahəsində əməkdaşlıq intensivləşsin. xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatınd


iqtisadi xeberler 1000 manatla biznes kripto dollar manat kursu bitkoin