Prezident: Avropanı qazla təmin etdiyimiz halda Avropa bankları maliyyələşməni təmin etməyə hazır olmayıblar
Azərbaycan Avropanı qazla təmin etdiyi halda Avropa bankları maliyyələşməni təmin etməyə hazırlıq nümayiş etdirməyiblər.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev iyunun 27-də Asiya İnkişaf Bankının prezidenti Masatsuqu Asakavanı qəbul edərkən deyib.
Dövlət başçısı Azərbaycanın təbii qazının nəql edilməsi layihələrinə Avropa maliyyə institutları tərəfindən bəzi maliyyə gecikmələrinin olduğu zaman bu məsələdə Asiya İnkişaf Bankının birmənalı dəstəyini yüksək qiymətləndirdi.
Azərbaycan Prezidenti bununla bağlı xatırladı ki, əvvəllər də dediyi kimi, ölkə Avropanı qazla təmin etdiyi halda Avropa bankları maliyyələşməni təmin etməyə hazırlıq nümayiş etdirməyiblər, lakin Asiya İnkişaf Bankı bunu edib. / banker.az

"Bitcoin" yenidən 81 min dolları ötüb - SON QİYMƏT
AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
Milyonlar qazandıran qəribə biznes ideyaları
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
Dünyanın ən varlı 10 adamı
Biznes qurmaq üçün nə lazımdır?
CV hazırlayarkən buraxılan 5 səhv