Prezident: Çox tezliklə "Abşeron" yatağından ilk qaz hasilatına dair yaxşı xəbərlər eşidilə bilər
Azərbaycanın 2027-ci ilədək Avropaya qaz tədarükünü iki dəfəyədək artırması üçün resursları mövcuddur.
Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində çıxışı zamanı bildirib.
Prezident qeyd edib ki, çox tezliklə "Abşeron" yatağından ilk qaz hasilatına dair yaxşı xəbərlər eşidilə bilər: "Bizim planımız 2027-ci ilədək Avropa İttifaqı bazarına qaz tədarükümüzü iki dəfə artırmaqdır. Bu, tamamilə realdır. Əgər bizim qaz tədarükümüzün dinamikasına baxsaq görərik ki, 2021-ci ildə bu 8 milyard kubmetr idi, bu il isə bu, 20 milyard kubmetr olacaq. Bu, bizim ümumi ixracımızın təxminən yarısıdır. 2027-ci ilədək minimum 20 milyard kubmetrə çatdırılması üçün resurslar mövcuddur. Bizim əsas qaz sahələrimizdən biri "Şahdəniz"dir, digəri isə "Abşeron" qaz sahəsidir. Biz tezliklə "Abşeron"dan ilk qaz haqqında çox yaxşı xəbər eşidəcəyimizə ümid edirik. Hətta mən deyə bilərəm ki, çox tezliklə". / banker.az

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
Dünyanın ən zəngin idmançıları
SMM nə deməkdir?
SWIFT nədir?
Kriptovalyuta nədir və necə alınır?
İKEA şirkətinin tarixi