Prezident: "İlin sonunadək Aİ-yə üzv olan daha çox ölkənin Azərbaycandan təbii qaz alacağını gözləyirik"
Azərbaycan ilə Albaniya arasında enerji sektorunda əməkdaşlıq nəinki ölkələrimiz, o cümlədən böyük sayda digər ölkələr, xüsusilə də Cənub Qaz Dəhlizin hissəsi olan TAP layihəsində iştirak edən ölkələr üçün əhəmiyyətlidir. Həmin boru kəməri Albaniyanın ərazisindən keçir və hazırda enerji təhlükəsizliyinin mənbəyidir.
Bu sözləri Prezident İlham Əliyev Albaniya Prezidenti Bayram Beqayla mətbuata bəyanatında deyib.
Dövlət başçısı deyib ki, Azərbaycan və Avropa İttifaqının qaz təchizatı sahəsində fəal işini, eləcə də Aİ ilə Azərbaycan arasında imzalanmış Enerji sahəsində Strateji Tərəfdaşlıq sənədini nəzərə alsaq, bütün bunlar, təbii ki, ölkələrimiz arasında sıx əməkdaşlıq üçün mühüm meyarlardır.
"Bir çox Avropa ölkələri üçün enerji təhlükəsizliyi, həmçinin Cənub Qaz Dəhlizi vasitəsilə təmin edilir. Həmin ölkələrin sayı artır. Avropa İttifaqı bazarına Azərbaycanın təbii qaz ixracı artır. Həcmlər artır və onun coğrafiyası genişlənir. Bu ilin sonunadək biz Aİ-yə üzv olan daha çox sayda ölkənin Azərbaycandan təbii qazı alacağını gözləyirik", – deyə Azərbaycan Prezidenti vurğulayıb. / banker.az
Dollar neçəyə olacaq? - AÇIQLANDI
Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir
Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ
Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza
Neft ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB
Qaz ödənişləri ilə bağlı YENİLİK
İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq
Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI
Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind