Prezident Masallıda yol tikintisinə pul ayırdı - SƏRƏNCAM
Prezident İlham Əliyev Masallı rayonunun Ləngan–Əhmədli–Təklə–Köcəkli, Bala Təklə–Şərəfə və Öncəqala–Hüseynhacılı–Viləş–Xallıcalı–Dəlləkli–Qədirli avtomobil yollarının tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
KONKRET.az xəbər verir ki, sərəncama əsasən, əlli bir min nəfər əhalinin yaşadığı 27 yaşayış məntəqəsini birləşdirən Ləngan–Əhmədli–Təklə–Köcəkli, Bala Təklə–Şərəfə və Öncəqala–Hüseynhacılı–Viləş–Xallıcalı–Dəlləkli–Qədirli avtomobil yollarının tikintisi məqsədilə "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.31.8-ci yarımbəndinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 14,6 milyon (on dörd milyon altı yüz min) manat ayrılıb.
Maliyyə Nazirliyinə Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Azərbaycan qızıl istehsalını yüksəldib
Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə
G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək
Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd
Maaşlardan yığılan vergi 21% artıb
Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki
Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır
Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb
Azərbaycan nefti ucuzlaşıb
Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi