Prezident Mir Möhsün Nəvvab Qarabağinin məzarını ziyarət etdi - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 9-da Cıdır düzündə Mir Möhsün Nəvvab Qarabağinin Heydər Əliyev Fondu tərəfindən bərpa olunan məzarını ziyarət edib.
KONKRET.az xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına görülən işlər barədə məlumat verib.
Bildirilib ki, XIX əsrin Azərbaycana bəxş etdiyi görkəmli simalardan, şəxsiyyətlərdən biri, şair, rəssam, xəttat, musiqi nəzəriyyəçisi, Qarabağ ədəbi mühitinin inkişafında özünəməxsus rolu olmuş ensiklopedist alim Mir Möhsün Nəvvab Qarabağinin Şuşa şəhərindəki məzarı və qəbirüstü abidəsi bərpa olunub.
Şuşa şəhəri işğal altında olduğu illərdə Mir Möhsün Nəvvab Qarabağinin Cıdır düzündə yerləşən məzarı ermənilər tərəfindən tamamilə dağıdılmışdı. Heydər Əliyev Fondu bu ilin mart ayından ərazidə müvafiq işlərə başlayıb və qəbirüstü abidə bərpa olunub.
Prezident İlham Əliyev Mir Möhsün Nəvvab Qarabağinin məzarı üzərinə gül dəstəsi qoyub.
Qeyd edək ki, bu il görkəmli alimin anadan olmasının 190 ili tamam olur. Heydər Əliyev Fondu tərəfindən aparılmış bərpa işləri alim və şairin xatirəsinə ehtiram, eləcə də mədəniyyətimizin qorunub saxlanılması istiqamətində görülən işlərə daha bir töhfədir.
Xatırladaq ki, Mir Möhsün Nəvvab Qarabaği 1833-cü ildə Şuşada anadan olub, orada yaşayıb-yaradıb və 1918-ci ildə vəfat edib.

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
Yatırım olmadan necə biznes qurmaq olar?
Onlayn biznes növləri
Dünyanın ən dəyərli avtomobil şirkətləri
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
Bitcoin nədir?