Prezident türkmənistanlı həmkarı ilə görüşdü - YENİLƏNİB
Dekabrın 14-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşü olub.
KONKRET.az xəbər verir ki, Sərdar Berdiməhəmmədov dövlətimizin başçısı ilə görüşündən dərin məmnunluq hissi keçirdiyini bildirərək, dəvəti qəbul etdiyinə və Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşündə iştirakına görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib.
Hazırkı dövrdə üçtərəfli əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığını deyən Sərdar Berdiməhəmmədov Türkmənistan tərəfinin bu Zirvə Görüşünə böyük önəm verdiyini vurğulayıb.
Prezident İlham Əliyev qardaş Türkmənistana yenidən səfərindən məmnunluğunu ifadə edib, bu Zirvə Görüşünün keçirilməsi təşəbbüsünə görə Prezident Sərdar Berdiməhəmmədova minnətdarlığını bildirib. Üç xalqın tarix və dil baxımından ümumi köklərə malik olduğunu deyən dövlətimizin başçısı əməkdaşlığımızın genişləndirilməsi üçün yaxşı imkanların mövcudluğunu vurğulayıb.
Prezident İlham Əliyev bu Zirvə Görüşünün regional əməkdaşlığa, nəqliyyat, logistika, ticarət sahələrində əlaqələrin genişlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. Eyni zamanda, bu görüşün ikitərəfli əlaqələrin müzakirəsi üçün də yaxşı imkan yaratdığını bildirib.
Görüşdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.
***
12:18
Dekabrın 14-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşü olub.
KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
AMB: Valyuta alışları manat likvidliyini artırır, faizlərə azaldıcı təsir göstərir
Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
"Express Experience" Yay Təcrübə Proqramı – UĞURLA BAŞA ÇATIB
Mərkəzi Bank daşı tərəzinin hansı gözünə qoyacaq? – Faiz qərarı açıqlanır
"Monetri"nin kredit portfeli 30 milyon manatı keçib – aktivləri 38,9 milyon manata çatıb
ZARA-nın uğur hekayəsi
1000 manatla hansı biznesi qurmaq olar?
Biznes qurmaq üçün nə lazımdır?
Layihə menecmenti nədir?
Dünyanın ən varlı 10 müğənnisi