Prezident yeni səfirləri qəbul etdi - FOTOLAR - YENİLƏNİB-3

Prezident yeni səfirləri qəbul etdi - FOTOLAR - YENİLƏNİB-3Avqustun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Koreya Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sin Xon Çxolun etimadnaməsini qəbul edib.
KONKRET.azxəbər ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra dövlətimizin başçısı səfirlə söhbət etdi.
Qəbula görə dövlətimizin başçısına təşəkkürünü bildirən səfir Koreya Xalq Demokratik Respublikası Dövlət Şurasının Sədri Kim Çen Inın salamlarını Prezident İlham Əliyevə çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarının Koreya Xalq Demokratik Respublikası Dövlət Şurasının Sədrinə çatdırmağı xahiş etdi.
Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi münasibətilə təbriklərini çatdıran səfir xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 1985-ci ildə Koreya Xalq Demokratik Respublikasına səfərinin məmnuniyyətlə xatırlandığını bildirdi. O, Azərbaycanın və Koreya Xalq Demokratik Respublikasının beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığının vacibliyini vurğuladı, iki ölkənin parlamentləri, eləcə də Yeni Azərbaycan Partiyası ilə Koreya Xalq Demokratik Respublikasının Əmək Partiyası arasında əməkdaşlığın inkişaf etdirilməsinin önəmini qeyd etdi. Sin Xon Çxol Azərbaycanın neft-qaz sahəsində zəngin təcrübəsini nəzərə alaraq, Koreya Xalq Demokratik Respublikasından olan tələbələrin Azərbaycanda bu sahədə təhsil almasının vacibliyini diqqətə çatdırdı.
Dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin qarşılıqlı maraq doğuran sahələrdə gələcəkdə də inkişaf edəcəyinə əminliyini bildirdi. Ulu Öndər Heydər Əliyevin 1985-ci ildə Koreya Xalq Demokratik Respublikasına səfərini xatırladan Prezident İlham Əliyev bu səfərin sonrakı illərdə – Ümummilli Liderin müstəqil Azərbaycana rəhbərliyi dövründə Koreya Xalq Demokratik Respublikası ilə əlaqələrin inkişafına təkan verdiyini qeyd etdi.
Prezident İlham Əliyev Qoşulmama Hərəkatının 2019-cu ildə Azərbaycanda keçirilən Zirvə görüşü çərçivəsində Koreya Xalq Demokratik Respublikasının yüksək səviyyəli nümayəndə heyəti ilə görüşünü məmnunluqla xatırladı, Qoşulmama Hərəkatı, BMT və digər beynəlxalq təşkilatçılar çərçivəsində ölkələrimiz arasında əlaqələri diqqətə çatdırdı.
Dövlətimizin başçısı parlamentlər, hakim partiyalar arasında münasibətlərin və mədəni əlaqələrin genişləndirilməsinin vacibliyini vurğuladı.
***
12:56
Avqustun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İlxom Abduraxmonun etimadnaməsini qəbul edib.
KONKRET.az xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra səfirlə söhbət edən dövlətimizin başçısı Azərbaycan ilə Tacikistan arasında münasibətlərin qardaşlıq və dostluq xarakteri daşıdığını vurğuladı, hökumət üzvləri, parlamentlər, ictimai təşkilatlar xətti ilə daim təmasların və qarşılıqlı səfərlərin həyata keçirildiyini dedi.
Prezident İlham Əliyev Tacikistana dövlət səfərini məmnunluqla xatırladı, səfər çərçivəsində aparılmış müzakirələr zamanı müəyyənləşdirilmiş hədəflərə nail olunması istiqamətində ardıcıl fəaliyyətin həyata keçirildiyini bildirdi. Dövlətimizin başçısı Tacikistana səfəri zamanı bu ölkənin və Düşənbənin inkişafının şahidi olduğunu vurğuladı.
Azərbaycan Prezidenti iqtisadiyyat, ticarət, nəqliyyat, logistika və digər sahələrdə ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi üçün bir çox təşəbbüslərin olduğunu diqqətə çatdırdı, ölkələrimiz arasında tərəfdaşlıq əlaqələrinin möhkəmləndiyini qeyd etdi.
Prezident İlham Əliyev Azərbaycanın və Tacikistanın regionları arasında əməkdaşlığın və şəhərlərarası birbaşa əlaqələrin yaradılmasının vacibliyini bildirdi.
Səfir, ilk növbədə, Tacikistan Prezidenti Emoməli Rəhmonun salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Tacikistan Prezidentinə çatdırmağı xahiş etdi və Prezident Emoməli Rəhmonu Azərbaycana dövlət səfərinə dəvət etdi.
Səfir İlxom Abduraxmon dövlətimizin başçısının Tacikistana səfəri zamanı ikitərəfli əlaqələrin inkişafı baxımından çox vacib və səmərəli müzakirələrin aparıldığını vurğuladı, müxtəlif səviyyələrdə, o cümlədən parlament sədrlərinin səfərlərinin önəmini qeyd etdi, hökumətlərarası komissiyanın bu yaxınlarda iclasının keçirildiyini xatırladı, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq etdiyini vurğuladı.
İlxom Abduraxmon Bakı ilə Düşənbə arasında birbaşa aviareyslərin açılmasının turizm sahəsində əməkdaşlığımızın inkişafına ciddi təkan verəcəyini qeyd etdi. O, Azərbaycanın sürətli inkişafının, Bakının gözəlliyinin və şəhərin memarlıq üslubunun onda dərin təəssürat hissi yaratdığını dedi.
***
12:12
Avqustun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kolumbiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Luis Fernando Kuartas Ayalanın etimadnaməsini qəbul edib.
KONKRET.azxəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra dövlətimizin başçısı səfirlə söhbət etdi.
Səfir Azərbaycan ilə Kolumbiya arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu qeyd etdi, ölkələrimizin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizminin uğurla inkişaf etdiyini bildirdi. Minatəmizləmə sahəsində kolumbiyalı mütəxəssislərin Azərbaycanda fəaliyyət göstərdiyi qeyd olundu. Luis Fernando Kuartas Ayala ölkələrimiz arasında turizm sahəsində əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğuladı.
Səfir ölkəmizdə akkreditə edilmiş diplomatik korpusun nümayəndələrinin Ağdama səfərində iştirak etdiyini, həmin ərazilərdə aparılan bərpa-quruculuq işləri ilə yerində tanış olduğunu bildirdi.
Dövlətimizin başçısı Azərbaycan ilə Kolumbiya arasında siyasi əlaqələrin məmnunluq doğurduğunu vurğuladı, ölkələrimizin BMT, Qoşulmama Hərəkatı çərçivəsində səmərəli əməkdaşlıq etdiyini və daim bir-birini dəstəklədiyini dedi.
Prezident İlham Əliyev iqtisadi-ticari əlaqələrin genişləndirilməsi üçün böyük imkanların olduğunu vurğuladı, mədəniyyət sahəsində əlaqələrin genişləndirilməsinin vacibliyini bildirdi.
xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
***
Bundan başqa, dövlət başçısı Tacikistanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İlxom Abduraxmonun etimadnaməsini də qəbul edib.
***
Eyni zamanda, Prezident Koreya Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sin Xon Çxolun etimadnaməsini qəbul edib.

Xəbərlər     Tarix: 18 avqust 2023

Oxşar xəbərlər

Aviabiletlər əlçatan olacaq: Azərbaycana aşağıbüdcəli aviaşirkətlər cəlb ediləcək

Azərbaycanda hava gəmisi istismarçılarının uçuş coğrafiyasının genişləndirilməsi, mövcud destinasiyalar üzrə uçuş tezliyinin, həmçinin aviabilet qiymətlərinə əlçatanlığın artırılması və regional hava limanlarının potensialında

Azərbaycan qızıl istehsalını yüksəldib

Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə

G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək

Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd

Maaşlardan yığılan vergi 21% artıb

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki

Bəzi hallarda saytlara giriş MƏHDUDLAŞDIRILACAQ - Qanun DƏYİŞDİ

Azərbaycanda bəzi informasiyaların yerləşdirilməsinə görə saytlara məhdudlaşdırma tətbiq ediləcək. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Cinayət, Cinayət-Prosessual Məcəllələrinə və "İnformasiya, informasiyalaşdırm

Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır

Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb

Zərgərlik sahəsində yeni qaydalar - İlk dövlət standartı müzakirə edildi

"Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası baş tutub. İclas çərçivəsində qiymətli metallar, qiymətli daşlar və zərgərlik məmulatları sahəsində standartlaşdırm

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi

Müəssisələr vəsaitlərini qanundankənar xərcləyə bilər - Yeni təklif

"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) müəssisələrinə öz vəsaitlərini dövlət satınalmalarından kənar xərcləmək hüququ verilə bilər". Azərbaycanda 7 ayda haqsız rəqabətlə bağlı 37 subyekti


iqtisadi xeberler biznes ideyalari dollar məzənnəsi bitcoin bitcoin qiymeti