"Prime Cotton" pambıqçılar üçün ənənəvi "Açıq Tarla Günü"nü keçirdi - FOTOLAR

Azərbaycan pambıq və tekstil sənayesində lider mövqeyə sahib olan GP Cotton Holdinqsə məxsus Prime Cotton MMC 3 sentyabr tarixində Yevlax rayonunda ənənəvi "Açıq Tarla Günü" tədbirini təşkil edib.
FED.az xəbər verir ki, tədbirdə şirkətin pambıq yetişdirdiyi 15 regiondan 170-dən çox fermer, aqronom,  həmçinin toxum və dərman  şirkətlərin nümayəndələri, eləcə də Aqrar Sığorta Agentliyinin əməkdaşları iştirak ediblər.
Tədbirin əsas məqsədi fermerlər arasında əməkdaşlığın gücləndirilməsi, aqrotexniki xidmətlər üzrə tərəfdaşlıq imkanlarının genişləndirilməsi və Prime Cotton-un innovativ təsərrüfatlarında aparılan pambıq sınaq əkini nəticələrinin fermerlərlə paylaşılması olub.
İştirakçılar Prime Cotton-un Yevlax İnnovasiya Filialında yerləşən eksperimental pambıq sahələrini ziyarət ediblər. Burada fermerlər müxtəlif toxum sortlarından əkilmiş pambıq kollarını nəzərdən keçirərək, bitkinin gövdəsinin və kök sisteminin sağlamlığına, qoza sayına, budaqlar arasındakı məsafəyə dair göstəricilərlə tanış olublar. Fermerlər həmçinin sahədə pambıq toxumu təchiz edən şirkətlərin nümayəndələrinə birbaşa suallar ünvanlayaraq onları maraqlandıran məsələlərə cavab alıblar. Məqsəd fermerlərin real nəticələr əsasında daha məhsuldar pambıq sortlarının seçiminə təşviq edilməsidir.
Tarla ziyarətindən sonra Naftalan şəhərində konfrans keçirilib. Açılış nitqi ilə çıxış edən Prime Cotton-un Baş İcraçı Direktoru Rövşən Mahmudov şirkətin indiyədək gördüyü işlər, pambıqçılıqda tətbiq olunan innovativ texnologiyalar və qarşıya qoyulan inkişaf hədəfləri barədə ətraflı məlumat verib. O, qeyd edib:
"Prime Cotton olaraq bizim ən böyük gücümüz fermerlərimizdir. "Açıq Tarla Günü" yalnız yeni texnologiyaların təqdimatı deyil, həm də 7,000-dən çox fermer şəbəkəmizlə birgə inkişaf yolunda atdığımız strateji addımdır. Məqsədimiz pambıqçılığı daha səmərəli, dayanıqlı və beynəlxalq bazarlarda rəqabətədavamlı etməkdir."
Ardınca Prime Cotton-un Salyan və Neftçala filiallarının direktoru Bahəddin Leysanov və Baş İcraçı Direktorun Aqronomiya üzrə Baş Məsləhətçisi Peter Parr çıxış edərək Prime Cotton-un strateji inkişaf istiqamətlərini – müasir texnologiyaların tətbiqi, Pima pambığının əkin sahələrinin genişləndirilməsi, aqrar xidmətlərin inkişafı və beynəlxalq əməkdaşlıq imkanlarını vurğulayıblar.
Tədbir çərçivəsində 9 toxum və dərman şirkəti – Progen Tohum A.Ş., MayTohum, ÖzAltın, Golden West, Aqrobiocore MMC, Sas Agro MMC, Pasific Tohum, Aqrar Sığorta Fondu və digər tərəfdaşlar fermerlər üçün təqdimatlar keçiriblər. Təqdimatlarda pambıqçılıq sahəsində yeni toxum sortları, gübrələmə və bitki mühafizəsi vasitələri, müasir suvarma texnologiyaları və sığorta mexanizmləri barədə yeniliklər təqdim olunub.
Xüsusilə Aqrar Sığorta Fondunun nümayəndəsi Əli Əhmədov fermerlərin pambıq sahələrinin sığortalanması prosesində üzləşdiyi çətinliklərdən danışıb, diqqət yetirilməli vacib məqamları izah edib və risklərin azaldılması üçün praktik tövsiyələr verib.
"Açıq Tarla Günü" Prime Cotton-un strateji yanaşmasının mühüm bir hissəsi kimi qiymətləndirilib. Bu platforma fermerlər, təchizatçılar və şirkət arasında bilik və təcrübə mübadiləsi, mövcud problemlərin müzakirəsi və gələcək hədəflərin müəyyən olunması üçün geniş imkan yaradıb.
Tədbir xatirə fotosu və nahar süfrəsi ilə yekunlaşıb. Fermerlər Prime Cotton-un 30 illik yubiley ilində keçirilən bu tədbiri sahə üzrə təcrübə mübadiləsi və əməkdaşlıq imkanlarının möhkəmləndirilməsi baxımından yüksək qiymətləndiriblər.

Biznes     Tarix: 04 sentyabr 2025

Oxşar xəbərlər

Gürcüstanda Azərbaycan sərmayəli şirkətlərin sayı 5 500-ü ötüb

Gürcüstanda fəaliyyət göstərən Azərbaycan investisiyalı şirkətlərin sayı 5 500-ü ötüb. Hökumət: Gürcüstanda iqtisadi fəallığın artması Azərbaycana da sərf edir. xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfir

ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR

Bu gün Bakı Türk Şəhidliyində Türkiyə Respublikasının Cümhuriyyət Bayramının 103-cü ildönümü münasibətilə anım və çələngqoyma mərasimi keçirilib.  biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, mərasimdə Türkiyə Respublikasını

AZCON Holding-in IE Universiteti ilə birgə həyata keçirdiyi "Global Senior Management" proqramı uğurla yekunlaşıb

AZCON Holding və İspaniyanın nüfuzlu IE Universitetinin biznes məktəbi olan "IE Business School"un əməkdaşlığı çərçivəsində Holdinq və şirkətlərin strateji rəhbər heyəti üçün təşkil olunmuş "Global Senior Management"

Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR

Bu ilin əvvəlində Azərbaycanda fərdi sahibkarların sayı 1 milyon 454 min 61 nəfər olub. Bank və sığorta sektorunda kişilərin maaşı qadınlardan 1421 manat çoxdur. biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsin

Maskın sərvəti bir gündə 30 milyard dollar azaldı

Amerikalı sahibkar, "SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri İlon Mask ABŞ Konqresinə keçirilən son aralıq seçkilərdən sonra təxminən 30 milyard dollar itki ilə üzləşib. ABŞ-da Demokratların seçki qələbəs

Bakıda Almaniya-Azərbaycan biznes konfransı keçiriləcək

Oktyabrın 27-də Bakıda qida emalı və qablaşdırma avadanlıqları sahəsində ixtisaslaşmış Almaniya şirkətlərinin nümayəndə heyətinin iştirakı ilə Almaniya-Azərbaycan biznes konfransı və fərdi işgüzar görüşlər keçiriləcək. xəbə

Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək

Müvafiq göstərişlər verildi ki, iqtisadi sahədə, o cümlədən ticarət dövriyyəsi sahəsində əməkdaşlıq intensivləşsin. xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatınd

Pampers 23 milyard dollar qazanıb

ABŞ-ın istehlak malları istehsalçısı "Procter & Gamble" (P&G) şirkətinin 2027-ci maliyyə ilinin birinci rübündə satışları illik müqayisədə 4% artaraq 23,3 milyard dollara çatıb. Şirkətin maliyyə nəticələr

ATİB-in sədri Mürsəl Rüstəmov Sabancı Universitetinin nümayəndələrini qəbul edib

Oktyabrın 19-da Sabancı Universitetinin Rəhbər Kadrların İnkişafı Bölməsinin (EDU) Beynəlxalq Satış və Biznesin İnkişafi üzrə meneceri Özge Özkan və Beynəlxalq Proqramlar üzrə məsləhətçisi Gülin Kan Yükseltan Azərbaycan-Türkiy


iqtisadi xeberler internetden pul qazanmaq investisiya biznes qurmaq bitkoin