Publik hüquqi şəxslərə xərcləmələrlə bağlı güzəşt edilməsi təklif olunur
Azərbaycanda publik hüquqi şəxslərin satınalmalarında müəyyən məbləğə qədər çevik qərar mexanizmi yaradılmalıdır.
FED.az xəbər verir ki, bunu deputat Əlibala Məhərrəmzadə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.
"Publik hüquqi şəxsin əldə etdiyi vəsait də dövlət vəsaitidir. Hesab edirəm ki, 20 min manata qədər xərcləmələrdə özləri qərar verə bilər. Bundan artıq məbləğ satınalmalarla müzakirə edilsin. Yəni, qızıl orta tapılmalıdır və bu, analitik məsələdir. Bununla bağlı çox ciddi araşdırma aparılmalıdır. Çünki bençmarklar var və bu məsələlərlə bağlı çox ciddi problemlər olub. Onlar dərhal ala bilmirdilər və yeni formatda sonradan bunu tənzimlədilər ki, müəyyən bir həddə qədər özləri sırf qərar versinlər, ondan sonra isə satınalmalara gəlsinlər. Yəni bu proses özü-özlüyündə kifayət qədər böyük araşdırma və mexanizm tələb edən prosesdir", - deyə o qeyd edib. (Report)

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
İnstaqramda biznes qurmağın yolları
Yatırım olmadan necə biznes qurmaq olar?
IMEI kod nədir?
IBAN nədir?
Biznesə aid ən yaxşı 10 kitab