Putin: "Dünyadakı gərginliyi yalnız müasir çoxqütblü sistem aradan qaldıra bilər

Putin: "Çoxqütblü sistem dünyadakı gərginliyi azalda, hərbi-siyasi sahədə riskləri aradan qaldıra bilər".
Bunu Rusiya Prezidenti Vladimir Putin Moskva Beynəlxalq Təhlükəsizlik Konfransının iştirakçılarına və qonaqlarına müraciətində bildirib.
Onun sözlərinə görə, dünyanın müasir çoxqütblü sistemini möhkəmləndirmək lazımdır.
"Mövcud qlobal modelin benefisiarları hazırkı vəziyyətdən nə qədər möhkəm yapışsalar da, bu sistemin sonu çatıb – tarixi geosiyasi dəyişikliklər fərqli istiqamətdə inkişaf edəcək", - Putin deyib.
"Onlar var gücləri ilə əllərindən çıxan hegemonluğu, hakimiyyəti saxlamağa çalışırlar. Ölkələrin və xalqların neomüstəmləkə nizamının məngənəsindən çıxmasına imkan vermək istəmirlər. Onların hegemonluğu bütün dünya, bütün sivilizasiya üçün staqnasiya, cəhalətpərəstlik, mədəniyyətin məhvi və neoliberal totalitarizm deməkdir", - Putin bildirib.
Rusiya Prezidentinin fikrincə, kollektiv Qərb yeni hərbi alyanslar yaratmaqla məqsədyönlü şəkildə Avropanın təhlükəsizlik sistemini dağıdır: "Sözdə onlar bunu Avropada təhlükəsizliyin möhkəmləndirilməsi zərurəti ilə izah edirlər, əməldə isə bunun əksi baş verir".
O, Rusiyanın ötən ilin dekabr ayında qarşılıqlı təhlükəsizliklə bağlı irəli sürdüyü təkliflərə etinasız yanaşıldığını vurğulayıb.
Onun sözlərinə görə, Ukraynada hərbi əməliyyatlar başlanıldıqdan sonra Qərb Rusiyaya qarşı artıq bir neçə sanksiya paketi qəbul edib. Bu məhdudiyyətlər həm də dövlətin rəhbər şəxsləri, maliyyə və sənaye müəssisələri, həmçinin Rusiya Mərkəzi Bankının beynəlxalq rezervlərinin təxminən yarısına aid olub.
///Report

Xəbərlər     Tarix: 16 avqust 2022

Oxşar xəbərlər

"Vita Milk" MMC-nin Rusiyadan gətiridiyi yağlarda uyğunsuzluq aşkarlandı - GERİ QAYTARILDI

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı nəzarət tədbirləri zamanı "Vita Milk" MMC tərəfindən idxal olunan bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinə edilib. xəbər verir ki, bu barəd

Azərbaycanda həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq

Regionlara turist səfərlərinin təşviq edilməsi istiqamətində işlər görüləcək. xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlə

G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək

Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd

Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb

Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c

"Azəridad" toyuq kolbasasında tük tapıldı - MÜƏSSİSƏ BAĞLANDI

Mediada "Azəridad" əmtəə nişanlı toyuq kolbasasında toyuq tükünün aşkar olunması ilə bağlı yayılan məlumat əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxano

Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət

Qaz ödənişləri ilə bağlı YENİLİK

İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq

Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT

2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind

Dollar neçəyə olacaq? - AÇIQLANDI

Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir


iqtisadi xeberler dollar manat kursu kripto internetden pul qazanmaq biznes ideyalari