"Qaçqınkom"un 770 min manatlıq tenderində bu QHT qalib oldu - DETALLAR
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi qeyri-hökumət təşkilatına (QHT) 800 min manata yaxın vəsait ödəyəcək.
KONKRET.az xəbər verir ki, komitənin elan etdiyi tenderdə "Azərbaycan İcma İnkişafı üzrə Araşdırmalar Təlim və Resurs Mərkəzi" İctimai Birliyi qalib olub.
Tender müqaviləsində əhalinin bərpa və yenidənqurmadan sonra doğma torpaqlarına qayıdışı, ərazilərdə dayanıqlı icmaların yaradılması və onların yeni yaşayış şəraitinə adaptasiya olunması üçün reinteqrasiya tədbirlərinin təşkili nəzərdə tutulur. Bununla bağlı QHT-yə 769 085 manat vəsait ödəniləcək.
Qeyd edək ki, "Azərbaycan İcma İnkişafı üzrə Araşdırmalar Təlim və Resurs Mərkəzi" İctimai Birliyi 24 fevral 2014-cü ildə qeydiyyata alınıb. Birliyin qanuni təmsilçisi Dadaşov Yasin Şirin oğludur.
Yasin Dadaşov həm də təşkilatın sədridir.
Xatırladaq ki, 2021-ci ildə Yaponiyanın Azərbaycandakı səfirliyində "Mədəniyyət üzrə Ot Kökləri Layihələri üçün Qrant Yardımı" çərçivəsində "Azərbaycan Dillər Universitetində Yaponiya araşdırmalar mərkəzinin avadanlıqlarla təmin edilməsi" layihəsi üzrə qrant müqaviləsinin imzalanma mərasimi keçirilib.
Bu mərasimin iştirakçılarından biri də Yasin Dadaşov olub. O, rəhbərlik etdiyi təşkilatı təmsil edib.
Bəzi iddialara görə isə Yasin Dadaşovun sədrlik etdiyi təşkilat millət vəkili Mahir Abbaszadəyə yaxındır. Lakin M.Abbaszadə əməkdaşımızın sorğusuna cavab olaraq həmin təşkilatın onunla heç bir əlaqəsinin olmadığını bildirib.
Natiq Səlim,
KONKRET.az

Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
SWIFT nədir?
Elon Musk kimdir?
Biznes qurmaq istəyənlərə 10 məsləhət
SEO nədir və Google axtarışda necə 1-ci olaq?