"Qalaaltı"nın yaxınlığındakı meşədə yanğınların söndürülməsinə helikopter cəlb edildi - VİDEO
Şabran rayonunda yerləşən "Qalaaltı" İstirahət Mərkəzinin yaxınlığındakı meşəlik ərazidə baş vermiş yanğının genişlənməsinin qarşısının alınması və söndürülməsi istiqamətində yanğından mühafizə tədbirləri davam etdirilir.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Yanğının mürəkkəb relyefli dağlıq ərazidə baş verməsi yanğın nöqtəsinə yanğınsöndürmə texnikasının və şəxsi heyətin birbaşa müdaxiləsini imkansız edir. Bu səbəbdən yanğının söndürülməsinə FHN-in 4 ədəd yanğınsöndürmə avtomobilindən başqa bir ədəd helikopter də cəlb edilib.
Yanğının "Qalaaltı" İstirahət Mərkəzinin ərazisinə keçməməsi üçün Nazirliyin yanğınsöndürmə qüvvələri əməliyyat şəraitinə uyğun olaraq operativ qaydada qabaqlayıcı tədbirlər həyata keçirir. "Qalaaltı" İstirahət Mərkəzinin baş verə biləcək yanğından mühafizə edilməsi məqsədilə su hidratlarının effektiv tətbiqi üçün lazımi avadanlıqlar hazır vəziyyətə gətirilib, müdafiə xətləri qurulub.
"Qalaaltı" İstirahət Mərkəzinə yaxın olan meşəlik ərazidə yanğın istiqamətində soyutma işləri davam etdirilir.

Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
BOKT İsmayıllıda filialını açır
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
Bank hesabdan xəbərsiz pul çıxara bilərmi? – Akseptsiz tutulmanın qaydaları - MÜSAHİBƏ
Hər 100 manat yığıma 80 manat ödəniş – İcbari avtosığortada diqqətçəkən rəqəm
Biznes plan necə yazılır?
Start-up nədir?
SWIFT nədir?
Yatırım olmadan necə biznes qurmaq olar?
Amazonda satış etmək üçün bilməli olduqlarınız