"Qara dənizin dibi ilə çəkilən elektrik xəttinin texniki əsaslandırması bu il bitəcək"
Dünya Bankı Qara dənizdə sualtı elektrik kabelin çəkilməsi üzrə layihə ilə bağlı gözləntilərini açıqlayıb.
Bu barədə Dünya Bankının "Avropa və Mərkəzi Asiya İqtisadi Yeniləmə, Bahar 2023" hesabatında bildirilib.
"Dekabrda Azərbaycan və Gürcüstan Rumıniya və Macarıstanla Qara dənizin dibi ilə Cənubi Qafqazdakı iki ölkədən enerjini Avropa İttifaqına ixrac edəcək elektrik ötürücü kabelin çəkilməsi haqqında saziş imzalayıblar. Layihə üzrə texniki-iqtisadi əsaslandırmanın 2023-cü ilin sonuna qədər tamamlanacağı gözlənilir" - bank əlavə edib.
Qeyd edək ki, Cənubi Qafqaz regionunu Cənub-Şərqi Avropa ilə birləşdirən Qara dənizin dibi boyunca sualtı kabelin uzunluğu 1195 kilometrdir. Sualtı kabel xəttinin elektrik enerjisi ilə yanaşı, yüksək sürətli rəqəmsal rabitənin qurulmasına kömək edəcəyi gözlənilir.
© APA / marja.az
Dövlət büdcəsinin gəlirləri azalıb
2026-cı ilin yanvar-may aylarında dövlət büdcəsinin gəlirləri 16 milyard 365,7 milyon manat olub. M. xəbər verir ki, Dövlət Statistika Komitəsinin dərc etdiyi 2026-cı ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial inkişafını
Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd
Ölkəyə 5 min ton daha az düyü gətirilib
2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın
Azərbaycan biznesi Afrikaya gedir – Qeydiyyat başladı
() Africa–Azerbaijan Cooperation (AFAZ) 21–23 oktyabr 2026-cı il tarixlərində Keniyanın Nayrobi şəhərində keçiriləcək BIG 5 Construct Kenya 2026 beynəlxalq tikinti və inşaat sərgisində Azərbaycan Pavilyonunun təşkilini həyat